Modern.az

Ziyad Səmədzadə İqtisadi siyasət komitəsinin planlarından danışdı

Ziyad Səmədzadə İqtisadi siyasət komitəsinin planlarından danışdı

Parlament

12 İyul 2011, 16:22

“İqtisadiyyatın inkişafında vacib amil olan sahibkarlığın daha da səmərəli fəaliyyət göstərməsi üçün Vergi Məcəlləsində müəyyən dəyişikliklər edilməsi nəzərdə tutulub. Bu gün Azərbaycanda kifayət qədər təkmil sadə qanunveriçilik bazası yaranmışdır”.

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədri bildirib ki,  payız sesiyası üçün artiq hazırlıq işlərinə başlanılıb və gündəlikdə olan bir neçə qanun layihəsinin müzakirəsi payız sessiyasında da davam etdiriləcək.
Z.Səmədzadənin sözlərinə görə, İqtisadi syasət komitəsi yaz sessiyasını çox uğurla başa vurub.

“Azərbaycan cəmiyyəti, iqtisadiyyatı üçün çox zəruri olan iki qanun qəbul edilib. Onlardan biri Gömrük Məcəlləsidir. Gömrük Məcəlləsinin qəbulu şübhəsiz ki, qlobollaşan dünyada Azərbaycan dövlətinin dünyaya inteqrasiyası üçün yeni imkanlar açacaq. Eyni zamanda bütövlükdə Azərbaycanın milli iqtisadiyyatının formalaşması üçün əlavə imkanlar yaradacaq. Digər qanun isə “İcbari Sığortalar haqqında” qanundur. O qanunun da qəbulu Azərbaycan cəmiyyəti üçün çox vacib hadisə kimi qiymətləndirilə bilər”.

Z.Səmədzadə bildirib ki, Milli Məclisin payız sessiyasında İqtisadi siyasət komitəsi Dövlət quruculuğu və huquq-siyasəti komitəsi ilə birlikdə Tikinti Məcəlləsi, şəhərsalma problemlərinə həsr  olunmuş qanunları muzakirə edəcək. Eyni zamanda yubanan Rəqabət Məcəlləsi də payız sessiyasında müzakirə olunacaq.  

Komitə sədri əlavə olaraq deyib ki, İqtisadi siyasət komitəsinin təşəbbüsü ilə bir sıra qanunların monitorinqi də aparılır. ““İstehlakçı huquqlarının qorunması” və “Reklam haqqında” qanunlar vaxtilə qəbul edilib. Müasir şəraitdə hər iki qanunun yenidən müzakirəsinə ehtiyac var”.

Mail AĞAXANOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı