Modern.az

Abel Məhərrəmov: “Mətbuatın yaxşı işindən dərs götürmək lazımdır”

Abel Məhərrəmov: “Mətbuatın yaxşı işindən dərs götürmək lazımdır”

12 İyul 2011, 16:53

Media işçilərinin “Xüsusi Rəğbət” mükafatını alan BDU-nun rektoru bildirib ki, təcrübəsiz vaxtlarında mətbuatla necə davranmaq lazım olduğunu o qədər də bilməyib  


Bu gün Park İnn otelinin “Dan ulduzu” salonunda Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibəti ilə  Modern.az portalı və Sosial İnformasiya Agentliyinin təsis etdiyi medianın «Xüsusi Rəğbət» mükafatı qalibə təqdim olunub.

İlk çıxış edən İctimai Televiziyanın Yayım Şurasının sədri,  Münsiflər Heyətinin üzvü Cahangir Məmmədli bildirdi ki, BDU-nun rektoru dünyəvi düşüncənin təbliği, müxtəlif sosial qrupların maraqlarının müdafiə edilməsi, milli vətənpərvərlik dəyərlərinin yüksək tutulması və KİV-lə effektiv əlaqələr qurulmasında əməyi olan bir şəxs kimi münsifələrə təqdim olunmuş namizədlər arasından seçilib.

Daha sonra tədbirdə iştirak edən qonaqlar çıxış etdilər. AMEA-nın 1-ci vitse-prezidenti, akademik Arif Həşimov bildirdi ki, bu mükafatı həmçinin akademikin tələbələrinə verilən mükafat saymaq olar. “Bu mükafatı bizim elmimizin gələcəyinə atılan addım kimi qiymətləndiririk.  Əgər gənc nəsil yetişməsə, indi yaratdıqlarımız tarixdən silinib gedəcək. Məhz BDU-da yeni nəslin formalaşdırılması üçün aparılan işi bu mükafatın verilməsi üçün əsas səbəblərdən biri hesab edirəm”.

Daha sonra çıxış edən BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev öz təbrik nitqində A. Məhərrəmovun bu nominasiyada təltif olunmasını yüksək dəyərləndirdi. “Bilirsinizmi, təltif var, təltif var. Bu, Abel müəllimin bütün xidmətlərinə, elmin təhsilin inkişafındakı xidmətlərinə görə verilib. Hesab edirəm ki, bu çox halal mükafatdır. Mən KİV nümayəndələrinə təşəkkür edirəm”.
V.Məmmədəliyevin sözlərinə görə, rektor özünün təşkilatçılıq fəaliyyətinə görə xüsusi fərqlənir. 

Akademik qeyd etdi ki, kimya sahəsində 1000-dən çox elmi əsər müəllifi olan A.Məhərrəmov öz elmi və təşəbbüsləri ilə diqqət mərkəzinə düşə bilib. “Hələ Abel müəllimin 65 yaşda da, 70 yaşda də elmi əsərlərini görəcəyik. Alim üçün əsas yaş 60-dan sonra başlayır. Bizdə də bəziləri bu yaş məhdudiyyəti yaratmaq istəyirdilər. Halbuki, bu yaş alim üçün ən gözəl vaxtdır”-deyə V.Məmmədəliyev qeyd edib.

Təhsil nazirinin müavini Elmar Qasımov  Abel Məhərrəmovu Misir Mərdanovun adından təbrik edərək bildirdi ki,  BDU  kimi ölkənin həm ictimai-siyasi, həm də elm mərkəzi olan kollektivi idarə etmək üçün bu ocaqda “doğlumaq” vacibdir. “BDU adi ali təhsil ocağı deyil. Bura Azərbaycan cəmiyyətinin “barometri” və ölkədə ali təhsil sistemnin yaranmasının səbəbkarıdır. Bu gün rahat şəkildə deyə bilərik ki, BDU ali məktəblərin flaqmanıdır. Ölkə jurnalistikasnın əsası məhz burda qoyulub”-deyə naizr müavini bildirdi. 
E. Qasımov qeyd etdi ki, KİV-lə işləmək çox çətindir.  “Amma Abel müəllim üçün media ilə işləmək çətin deyil. Onun timsalında yüksək təşkilatçılıq və elmi fəaliyyət birləşib. Azərbaycan dövlətinin sərvəti olan BDU bu amillərə görə özünün səviyyəsini qoruyub saxlayıb”.

Yeni Azərbyacn partiyasının icra kaitbi Əli Əhmədov qeyd etdi ki, ölkə jurnalistlərinin təsis etdiyi bu xüsüsi mükafat bütövlükdə əhəmiyyətli hadisədir. “Bütün cəmiyyətlərdə mətbuatın rəhbər vəzifə tutan şəxslərə tənqidi münasibət bəslədiyi məlumdur. Elə qərarlar olur ki, tənqidi münasibətlər sferasından kənara çıxır və insanlar onu məmnuniyyətlə qəbul edirlər. Abel müəllimlə bağlı jurnalistlərin qəbul etdiyi qərar dediyim kateqoriyaya aiddir. Abel müəllimin fəaiyyətində, cəmiyyət qarşısında xidmətlərində medianın qiymət vermək istədiyi çoxlu məqamlar var. Gözəl alim, təhsil təşkilatçısı, ləyaqətli vətəndaş olan Abel müəllimə bu mükafatın verilməsi təsadüfi deyil, qanunauyğundur. O bu mükafatı özünün yüksək keyfiyyətləri ilə qazanıb”-deyə icra katibi bildirib. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı qeyd etdi ki, jurnalistika və elmin Azərbaycan tarixində həmişə sıx əlaqəsi olub: “Dövlətin bu səviyyədə mövcudluğu əslində bu iki sahəyə çox borcludur. Həm də görkəmli alim olan Həsən bəy Zərdabi və onun “Əkinçi”si, Mirzə Fətəli Axundovla başlanan “üsuli-cədid” məktəbləri... Bu iki qanad olmasa, bu günkü cəmiyyət bir az ayrı çəkildə olardı”.

“Hesab edirəm ki, bu mükafatı alan Abel müəllim üçün rəğbətin arxasında həm də bir sevgi durur. Bu mükafat onun elminə, təşkilatçılığına verilən bir qiymətdir”-deyə S. Rüstəmxanlı qeyd etdi.

Daha sonra “Xüsusi Rəğbət” mükafatı və diplom akademik Abel Məhərrəmova təqdim edildi. Çıxış edən akademik Abel Məhərrəmov bu mükafata layiq görüldüyü üçün jurnalistlərə təşəkkürünü bildirdi.

Özünü “Heydər Əliyev epoxası”nın daşıyıcılarından saydığını deyən rektor bildirdi ki, onun üçün Zərdabinin  “Əkinçi”si ilə başlanan və bu il 136 –cı ildöünmünü qeyd edəcəyimiz mətbuatın bu dönəmində yaşamaqdan məmnundur. “Fikrimcə, biz mətbuatn yaxşı tarixinin olduğu bir dövrdə yaşayırıq”.

Rektor etiraf etdi ki, mətbuatla işləmək o qədər də asan deyil. “Açığı deyim ki, ziddiyətli günlərimiz senzuranın ləğvindən sonraya gəlib düşdü.  Bu gün hesab edirəm ki, hər şey öz yerini tutur. Senzuranın ləğvindən sonrakı 12-13 illk dövrdə belə olub ki, mən bir neçə dəfə məhkəmədə mətbuatla üz-üzə gəlmişəm.  Mənim də belə təcrübəsiz vaxtlarım olub. Mətbuatla necə davranmaq lazımdır, o qədər də bilməmişəm.  Elə biri bir şey yazan kimi məhkəməyə verirdim.  Bir məsələyə görə, media nümayəndəsini bir il məhkəmələrdə saxladılar. Onu oradan çıxaranacan xeyli əziyyət çəkdim. Odu-budu demişəm ki, daha jurnalist məhkəməyə verməyəcəyəm. Yavaş-yavaş bildim ki, mənim mövqeyim necə olmaldır. Obyektiv danışmaq lazımdır. Bu gün hesab edirəm ki, mövqeyimiz pis deyil, dil tapa bilmişik”-deyə rektor qeyd etdi.
A.Məhərrəmov dedi ki, kolektivi idarə etmək üçün həytında olan təcrübələri kara gəlib. “Mətbuatın da yaxşı işindən dərs götürmək lazımdır. Ona görə də mətbuatla xeyli çətinliklərdən sonra mətbuatla dil tapa bildim. Bu gün KİV özünün intibah dövrünü yaşayır”.    

Daha sonra «Xüsusi Rəğbət» mükafatının qalibi A.Məhərrəmov onun fəaliyyətinə verilən yüksək qiymətə görə hamıya təşəkkürünü bildirdi.

Qeyd edək ki, “Xüsusi Rəğbət” mükafatının qalibini müəyyən edən münsiflər heyətinə İTV Yayım Şurasının sədri Cahangir Məmmədli, akademik Vasim Məmmədəliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, millət vəkili Qənirə Paşayeva, “Ayna-Zeraklo” qəzetinin baş redaktoru Elçin Şıxlı, təhsil nazirinin müavini Elmar Qasımov, APA-nın baş direktoru Vüsalə Mahirqızı, AMEA-nın 1-ci vitse-prezidenti Arif Həşimov və Azərbaycan Ensklopediyasının baş direktoru Tofiq Nağıyev daxildir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!