Modern.az

Milli Məclisdə "yaz hesabatı": Elçibəy, Mütəllibovun taleyini həll edəcək qanun hazırlanır

Milli Məclisdə "yaz hesabatı": Elçibəy, Mütəllibovun taleyini həll edəcək qanun hazırlanır

14 İyul 2011, 13:39

Dördüncü çağırış Milli Məclisin (MM) indiyə kimi 17 iclası keçirilib. Bu iclaslarda 183 qərar və qanun qəbul edilib. Modern.az parlamentdən bildirir ki, bu barədə Milli Məclisin sədrinin müavini Bahar Muradova yaz sessiyasının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yaz sessiyasının 11 iclası keçirilib və 94 qanun və qərar qəbul olunub.
B.Muradova qeyd edib ki, ötən dövrdə parlamentdə əsas diqqət insan haqları, sosial və iqtisadi sahələrə yönəldilib, beynəlxalq sazişlərin, bəyannamələrin təsdiq olunması da diqqət mərkəzində olub. MM sədrinin müavini ötən dövrdə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin aktiv olduğunu, bunun artıq öz nəticələrini göstərdiyini vurğulayıb.
MM Aparatının da fəal işlədiyini qeyd edən B.Muradova 2011-ci il ərzində aparata 3007 təklif, ərizə və şikayət daxil olduğunu, 30054 nəfərin isə qəbul edildiyini deyib. Onun sözlərinə görə, ötən müddətdə 64 KİV akkreditasiya olunaraq parlamentin iclasını işıqlandırıb.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə çoxdan müzakirə mövzusu olan “Eks-prezidentlər haqqında” qanun layihəsinin hazırlandığını deyib. Aparat rəhbəri bildirib ki, qanun layihəsinin MM-in 2012-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.
“Hazırda sənəd üzərində iş gedir”-deyə S.Mirzəyev vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir