Modern.az

AXCP və Müsavatın gözlədiyi xəbəri Milli Məclis açıqladı

AXCP və Müsavatın gözlədiyi xəbəri Milli Məclis açıqladı

14 İyul 2011, 13:52

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi parlamentin qarşıdan gələn payız sessiyasının müzakirəsinə çıxarıla bilər. Modern.az parlamentdən bildirir ki, bu barədə bu gün parlamentdə Milli Məclisin yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransında vitse-spiker Bahar Muradova bildirib.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev isə bununla bağlı bildirib ki, bu qanun layihəsi artıq hazırdır və rəy verilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına göndərilib.

S.Mirzəyev bildirib ki, sentyabr və ya oktyabr ayında bu qanun layihəsi ilə bağlı Venesiya Komissiyasının ekspertləri ilə Azərbaycan ekspertlərinin görüşü keçiriləcək. Bu görüşdən sonra “Siyasi partiyalar haqqında” qanun layihəsi Prezidentə təqdim olunacaq.  Bundan sonra sözügedən sənəd parlamentin müzakirəsinə çıxarılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər