Modern.az

İsa Həbibbəyli: "Bizim fəaliyyətimizdə tələbkarlıq da, prinsipiallıq da, qayğı da var”  

İsa Həbibbəyli:

Hadisə

30 Yanvar 2018, 11:49

Zaman-zaman bir çox elm adamlarının həddindən artıq zəhmli olması barədə söhbətlər dolaşır. Təbii, bu onunla bağlıdır ki, elm adamları daim elmi axtarışlar, araşdırmalar, yeniliklərin üzə çıxarılması üzərində çalışırlar.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, parlamentin Elm və təhsil komitısinin sədri İsa Həbibbəyli də professor, əməkdar elm xadimi kimi çox yaxşı tanınır.

 

Lakin belə iddia edənlər var ki, AMEA-da yaşlı və gənc alimlər İsa Həbibbəylidən çəkinir. Səbəb kimi İsa Həbibəylinin zəhmli olması göstərilir. 

 

Bütün bunları nəzərə alaraq İsa Həbibbəyli ilə əlaqə saxladıq. O, Modern.az –a açıqlamasında ilk dəfədir ki, haqqında bu cür fikirlər eşitdiyini bildirib.

 

“Düzü, ilk dəfədir ki, haqqımda bu cür sözlər eşidirəm.  İddiaların tam əksinə olaraq gəncliyimizə, alimlərimizə hörmətlə yanaşıram. Məlumat üçün deyim ki, nə Naxçıvan Dövlət Universitetində, nə də Akademiyada çalışanda belə rejimlə fəaliyyət göstərmişəm. Hər gün akademiyadakı gənclərimizi, alimlərimizi  qəbul etmişəm və indi də edirəm. İşimə həm tələbkarlıqla yanaşıram, həm də alimlərimizə böyük diqqət və qayğı göstərirəm”.

Ümumiyyətlə, elm adamlarının həddindən artıq zəhmli olmasına gəlincə, vitse-prezident AMEA-nın qaydalarla idarə olunmasını vurğulayıb.

 

“Akademiyada qayda budur ki, yekun qərarları AMEA-nın Rəyasət Heyəti kolleqal şəkildə qəbul edir. Çünki burada bir adam qərar qəbul etmir. Akademiyanın strukturu belədir. Ali məktəblərdə Elmi şura, akademiyada isə Rəyasət Heyəti qərarları qəbul edir. Biz Rəyasət Heyətində təkliflərimizi səsləndiririk, fikirlərimizi bildiririk. Ümumiyyətlə, bu cür məsələlər kiminsə şəxsi mülahizələridir və mənim iş prosesimə aid deyil.

 Biz idarəçiyik. Akademiyanın idarəetmə heyətinə daxil olan adamlarıq. Bizim fəaliyyətimizdə tələbkarlıq da, prinsipiallıq da, qayğı da var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır