Modern.az

Deputat 40-dək seçicisini qəbul edib (FOTOLAR)

Deputat 40-dək seçicisini qəbul edib (FOTOLAR)

Parlament

15 İyul 2011, 11:50

İyulun 14-də Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonuna növbəti dəfə səfər edib. İsmayıllıdakı ofisində seçicilərin hamısını fərdi qaydada qəbul edən millət vəkili diqqətlə onları dinləyib, qaldırılan məsələlər barədə əlaqədar təşkilatlara müvafiq müraciətlər ediləcəyini bildirib. Deputatın qərargahından verilən məlumata görə, bəzi məsələlər yerindəcə həllini tapıb. Bu görüşə 40-a yaxın sakin gəlib.

Müraciətlər əsasən torpaq sahəsi və işlə təminat, müayinə və müalicəyə köməklik edilməsi, sosial, maddi və digər yardımlar barəsində olub.

Sakinlər bildiriblər ki, müalicəyə ehtiyacı olanların bəziləri imkansızlıq səbəbindən bunu edə bilmirlər. Bu məsələdə deputat onların müayinə edilməsi üçün lazımi işlərin görəcəyini diqqətə çatdırıb.

Bu günə kimi 30-dan çox müayinə və müalicəyə ehtiyacı olanlara köməklik edilib.  Bu İsmayıllı rayonunda deputatın keçirdiyi sayca 30-cu qəbul olub.

Bəzi müraciətləri nəzərinizə çatdırırıq:

1.         Səmədov Rahim-Təzəkənd kəndi, gözlərinin müalicəsinə köməklik,
2.         Salmanova Bayramxatun-Qalıncaq kəndi, mənzil şəraitinin yaxşılaşdırılması,
3.         Xəlilova Məsmər-Bizlan kəndi, maddi yardım,
4.         Rəcəbov Əhəd-Mican kəndi, maddi yardım,
5.         Məmmədova Zümrüd-İsmayıllı şəhəri, təhsil haqqına köməklik,
6.         Mürsəliyev Fərman-Mican kəndi, müalicəyə köməklik,
7.         Hacıkərimova Çiçək-İsmayıllı şəhəri, uşağına mühərrikli əlil arabasının verilməsi,
8.         Qurbanova Zeynəb-Uştalqışlaq kəndi, evinin təmirinə köməklik,
9.         Mirzəyeva Sədiqə-İsmayıllı şəhəri, uşağının müalicəsinə köməklik,
10.       Ağayeva Gülbətin-Təzəkən kəndi, işlə təminat,
11.       Məmmədov Vüsal-Mican kəndi, işlə təminat,
12.       Qasımov Ağasəf-İvanovka kəndi, torpaq sahəsinin verilməsi,
13.       Ağamirzəyev Kamal-Talıstan kəndi, müalicəyə köməklik,
14.       Sadiqov Tərlan-Hacıhətəmli kəndi, oğlunun təhsili barədə,
15.       Hüseynova İlahə-Mican kəndi, evinə qaz və işıq xəttinin çəkilməsinə köməklik,
16.       Cəfərov Hüseyn-Basqal qəsəbəsi, Bakıda işlə təminat,
17.       İbrahimov Fərid-Talış kəndi, Bakıda işlə təminat,
18.       Teymur Mövlud-Buynuz kəndi, kitabının çapına köməklik,
19.       Əhmədov Eldəniz-Diyallı kəndi, idman yarışına getməyə köməklik.






 


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır