Modern.az

Kəbinsiz evlilikləri haram sayanlara CAVAB VERİLDİ  

Kəbinsiz evlilikləri haram sayanlara CAVAB VERİLDİ   

31 Yanvar 2018, 09:19

Müəyyən yaşa daxil olduqdan sonra hər kəsin sevib-sevilməyə, ailə qurmağa ehtiyacı olur. Elə İslam dinində də ailə həyatı qurmaq  vacib əməllərdən biri sayılır.

Nikahın dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu təsdiq edir. Ancaq bəzi ilahiyyatçılar bununla razılaşmırlar. Onların  fikrincə, bununla bərabər həm də dini kəbin vacibdir. Hətta bilərəkdən dini kəbinsiz qurulan evlilikdən doğulan körpə halalzadə hesab edilmir. Hətta bəziləri belə bir fikir də səsləndirirlər  ki, dövlət nikahı olmadan evlilik olar, amma kəbinsiz yox.


Məsələylə bağlı Modern.az-a danışan Sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva qeyd edib ki, nikahı olan şəxslərə kəbinsiz ailə qurmaq heç də haram deyil:

“Burada əsas məsələ qadının gələcəyinin təminatıdır. Nikah varsa, dövlətin evlilər qarşısında qoyduğu qanuni borclar var, onlar ödənilməzsə, dövlətin ədalət sistemi işə qarışar. Ancaq dini kəbində evlilər üzərində ciddi bir məsuliyyət qoyulmur. Çünki Konstitusiyamıza görə, din dövlətdən ayrıdır”.


Sabirə Dünyamalıyevanın sözlərinə görə, burada ən əsas məsələ gələcək nəslin problemidir:

“Nikah varsa, doğulan  mənəvi yükdən , cəmiyyətin qınağından, “xor görülmək”dən azad olur, həm də varislik  kimi bir gələcəyi dövlətin ədalət sistemi tərəfindən qorunur. Dini kəbin isə bunları verə bilmir”.


Sabirə Dünyamalıyeva bildirib ki, hal-hazırda İslam dininin qoyduğu qayda-qanunları bilən çox az adam var: “Amma qeyd etməliyəm ki, dini əla bilən adam da övladının gələcək maddi-mənəvi qarantiyasını təşkil edə bilmirsə, bu dini kəbin doğru sayıla bilməz. Bizim ölkədə sistem dini sistem deyil. Və yaxşı ki, elə deyil”.


Müsahibimiz qeyd edib ki, əgər bir evlilikdə nikah yoxdursa, onda kəbin mütləq olmalıdır: “Şahidlər hüzurunda kəbin elan edilibsə, doğulan körpə zinadan doğulan hesab edilə bilməz və ya əksinə. Amma tək kəbin ilə ailə qurmaq uşağın gələcəyinə təminat vermir. Tutaq ki, tək kəbin var. Vərəsəlik yox, atanın daim yanında olacağına təminat yox. Arvadın sayı məsələsi də qeydiyyata keçmir. Bu dəhşətdir axı. Sabah uşağını, xanımını atdı getdi, onda necə olacaq? Atılanların haqqını kim qoruyacaq? Dövlət ancaq öz sənədinə zəmanət verir, mollanın sənədinə yox”.


Sabirə Dünyamalıyevanın fikrincə, “kimsə bilərəkdən kəbinsiz evlənirsə, doğulan uşaq halalzadə sayılmır” fikri təmamilə yanlışdır:

“Dinin əsas məqsədi insan haqlarını qorumaqdır. Hər kəs nə edirsə etsin, amma uşaqların gələcəyini məhv edirsə, bu, bağışlanılmaz günahdır. Müqəddəs kitabımızda da qeyd olunub ki, uşaqlara bunu rəva görənlərin Qiyamət günü heç üzünə də baxılmır. Söz belə verilmir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür