Modern.az

Dağlıq rayonlara qar yağacaq

Dağlıq rayonlara qar yağacaq

24 Noyabr 2009, 15:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən gün ərzində yağmursuz keçəcəyi, axşam buludluluğun atracağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 8-13 m/s təşkil edəcək, gündüz arabir 18-20 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 6-8, gündüz 10-13 dərəcə isti təşkil edəcək.
Noyabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, axşama doğru isə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 7-12 m/s olacaq, gündüz şimaql-qərb küləyinin sürəti 10-15 m/s olacaq, arabir 18-20 m/s-dək, axşama doğru isə 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 8-10, gündüz 10-12 dərəcə isti olacaq.
Noyabrın 27-də hava şəraitinin buludlu olacağı, gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın tədricən açılacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 12-14 m/s olacaq, arabir 16 m/s-dək güclənəcək, gündüz 7-12 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 25-də hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarda isə çiskinli olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 5-10 m/s olacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-4 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti olacaq.
26-27 noyabr hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlədə duman, çiskin olacağı gözlənilir. Noyabrın 26-da axşam, 27-də gecə və səhər yağıntılı, bəzi şimal və şərq rayonlarında intensiv olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s olacaq, noyabrın 26-da 15-20 m/s-dək, ayrı-ayrı yerlərdə isə 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 4-8, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 0-3 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 26-da axşam, 27-də gecə və səhər hava şəraitinin qısa müddətə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin sürəti 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir