Modern.az

Musa Quliyev: “Xalq harada dincəlirsə, deputatlar da orada dincəlməlidir...”

Musa Quliyev: “Xalq harada dincəlirsə, deputatlar da orada dincəlməlidir...”

Parlament

15 İyul 2011, 13:46

Dünyanın bir çox ölkəsində parlamentarilərin dincəlməsi üçün xüsusi yerlər ayrılır. Azərbaycanda isə bu belə deyil. Məsələ ilə bağlı Modern.az saytına danışan Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev qeyd edib ki, Azərbaycanda xüsusi şəkildə olmasa da, Zuğulbada hökümət nümayəndələrinin və millət vəkillərinin dincəlməsi üçün yer var:
“Münasib qiymətlərlə burada dincəlmək mümkündür, eyni zamanda millət vəkilləri üçün bağ evi şəraiti də yaradılıb və orada da dinçəlmək olar”.

M.Quliyev bildirib ki, o, millət vəkilləri üçün xüsusi bir istirahət zonasının ayrılmasının tərəfdarı deyil. “Bu əhali tərəfindən də yaxşı qarşılanmaz. Mən hesab edirəm ki, xalq harada dincəlirsə, deputat da orada dincəlməlidir.”

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!