Modern.az

Hökumət qanun layihəsini Milli Məclisə çatdıra bilməyib, iclas ayın 26-da keçiriləcək

Hökumət qanun layihəsini Milli Məclisə çatdıra bilməyib, iclas ayın 26-da keçiriləcək

24 Noyabr 2009, 17:30

Noyabrın 25-də “Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin iclasında çıxarılmalıydı. Qeyd edək ki, qanun layihəsinin müzakirəsi noyabrın 13-də başa çatıb, deputatların təkliflərinin dəyərləndirilməsi üçün hökumətə on gün vaxt verilmişdi.

Amma Milli Məclisin (MM) sabah keçiriləcək iclası təxirə salınıb. Parlamentin adının çəkilməsini istəməyən deputatı Modern.az-a bildirib ki, iclasın təxirə salınmasının səbəbi Nazirlər Kabinetinin millət vəkillərinin büdcə ilə bağlı bütün təkliflərini verilən vaxt ərzində dəyərləndirə bilməməsidir. Yəni hökumət qanun layihəsini parlamentin noyabrın 25-nə planlaşdırılan iclasına çatdıra biılməyib. Bu səbəbdən də Milli Məclisin “Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqləmək üçün nəzərdə tutduğu iclası noyabrın 26-na təyin olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı