Modern.az

Milli Məclisin sədr müavini ATƏT rəhbərliyinə müraciət etdi

Milli Məclisin sədr müavini ATƏT rəhbərliyinə müraciət etdi

Parlament

15 İyul 2011, 18:55

Bahar Muradova ATƏT PA-nın sədrini 13 yaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsinə münasibət bildirməyə çağırıb

Milli Məclisin sədr müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ermənilərin Tovuz rayonunun Əlibəyli kəndində törətdikləri vandalizm aktı ilə əlaqədar ATƏT Parlament Assambleyasının sədri Petros Eftimiuya və sədrin Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Joao Soareşə məktubla müraciət edib.
Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

Məktubda deyilir:

“Ötən həftə Belqradda keçirilmiş ATƏT PA-nın “ATƏT-in səmərəliliyinin və effektivliyinin möhkəmləndirilməsi: Astana Sammitindən sonra yeni başlanğıc” mövzusunda yay sessiyasında həlli uzaldılmış münaqişələrin, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini ehtiva edən bəndin də yer aldığı qəbul edilmiş Belqrad Bəyannaməsinin mürəkkəbi qurumamış Ermənistan tərəfi yenə də destruktiv addımlar atır.

Artıq bildiyiniz kimi, Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində Ermənistanın törətdiyi vandalizm aktı nəticəsində 13 yaşlı Şahmalıyeva Aygün həyatını itirmişdir.

Danışıq prosesinin intensivləşdiyi vaxtda, Minsk qrupu həmsədrlərinin regiona səfəri və iki ölkənin xalqları arasında etimadın yaradılması istiqamətində səylərin müzakirə olunduğu bir vaxtda, partlayıcı maddə ilə doldurulmuş uşaq oyuncağını çay vasitəsilə Azərbaycan tərəfinə göndərən Ermənistan günahsız uşaqların qətlə yetiriliməsinə yönələn çirkin siyasətini aparmaqda davam edir.

Yuxarıda göstərilən vandalizm hadisəsindən dərin narahatçılığımızı ifadə edir, məsələyə münasibət bildirməyinizi Sizdən xahiş edirik.”


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?