Modern.az

Polis Akademiyasına, MTN və FHN-nin akademiyalarına qəbul imtahanının nəticələri açıqlanıb

Polis Akademiyasına, MTN və FHN-nin akademiyalarına qəbul imtahanının nəticələri açıqlanıb

Təhsil

16 İyul 2011, 16:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına (TQDK) görə, 2011/2012-ci tədris ili üçün Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib.

TQDK-dan bildirilib ki, Polis Akademiyasına keçid balı 435, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına isə 369 bal olub. Milli Təhlükəsizlik Nazirliyinin I ixtisas qrupuna daxil olan ”İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisasına keçid balı 337 olub.

Müsabiqə nəticəsində Polis Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

20011/2012-ci tədris ili üçün Fövqəladə Hallar Nazirliyinin Akademiyasına da sənəd vermiş abituriyentlər arasında I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib.

Fövqəladə Hallar Nazirliyinin “Fövqəladə hallar və həyat təhlükəsizliyi” ixtisasına keçid balı 315, “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasına isə keçid balı 250 olub. Müsabiqə nəticəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasına qəbul olunmuş tələbələrin siyahısı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə göndərilib.

Adı çəkilən ali təhsil müəssisələrinə sənəd vermiş və müsabiqədən keçmiş tələbələr müvafiq olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasına, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran Netanyahunun evini VURDU