Modern.az

Deputat: "Avropa Parlamentində dondurulmuş münaqişələrlə bağlı intensivləşmə var"

Deputat: "Avropa Parlamentində dondurulmuş münaqişələrlə bağlı intensivləşmə var"

Parlament

16 İyul 2011, 23:20


Azərbaycanda səfərdə olan Avropa Parlamentinin üzvləri iyulun 16-da Ağdamın Quzanlı kəndi ərazisində məcburi köçkünlərlə görüşüblər. Burada onlara erməni işğalı nəticəsində məcburi köçkünlərin üzləşdikləri çətinliklər barədə məlumat verilib, Dağlıq Qarabağ problemi barədə həqiqətlər çatdırılıb.

Avropalı deputatları bu səfərdə müşayiət edən Azərbaycan Milli Məclisin deputatı Fuad Muradov Modern.az saytına bildirib ki, son vaxtlar avropalı qonaqların cəbhə bölgəsinə səfərlərinin intensivləşməsi dövlətimizin və qeyri-hökumət təşkilatlarının Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini gücləndirməsilə bağlıdır.

”İnanıram ki, bu səfərlər tezliklə öz nəticəsini verəcəkdir”-deyə deputat bildirib. F.Muradovun sözlərinə görə, Avropa Parlamentinin fəaliyyətində dondurulmuş münaqişələrlə bağlı bir intensivləşmə var. Deputat deyir ki, əvvəllər Azərbaycanla tanış olmayan Avropa Parlamentinin üzvləri bu cür səfərlər nəticəsində regiona gələrək reallığı öz gözlərilə görür və münaqişə barədə əsl həqiqətləri anlayırlar.

F.Muradovun sözlərin görə, məhz iyulun 16-da baş tutan səfər nəticəsində Avropa Parlamentinin deputatları Dağlıq Qarabağ probleminin mahiyyəti ilə daha yaxından tanış ola biliblər, onlarda gerçəkliklər barədə ciddi təsəvvürlər yaranıb. Avropalı deputatlar atəşkəs dövründə azərbaycanlı uşaqların erməni hərbçiləri tərəfinfən öldürüldükləri barədə xəbərləri üzüntü ilə qarşılayıblar və eşitdikləri faciələr barədə Avropa Parlamentində mütləq məsələ qaldıracaqlarını vurğulayıblar.

F.Muradov belə səfərlərin müntəzəm təşkilinin əhəmiyyətli olduğunu qeyd edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır