Modern.az

Azərbaycan tədqiqatçılarının məqalələri Oxford və ABŞ-da nəşr olunub

Azərbaycan tədqiqatçılarının məqalələri Oxford və ABŞ-da nəşr olunub

Mədəni̇yyət

24 Noyabr 2009, 17:58

Elmi tədqiqatların nəşri üzrə nufuzlu beynəlxalq Routledc (Routledge) nəşriyyatı eyni zamanda Oxford və  Nyu-York şəhərlərində keçmiş SSRİ olkələrində İslam və İslam təhsili problemlərinə həsr olunmuş fundamental tədqiqat kitabı nəşr edib. Bu nəşriyyat yalnız elmi səviyyəsi beynəlxalq əhəmiyyət kəsb edə bilən kitabların çapinı həyata keçirir. Bu kitab “Mərkəzi Asiya araşdırmaları” seriyası çərçivəsində nəzərdə tutulub və bu seriyanın çərçivəsində nəşrlərin davamı gözlənilir.

Kitabda həm SSRİ dövründə, həm də müstəqillikdən sonra Rusiya, Azərbaycan və Özbəkistanda İslamın vəziyyəti, sovet dövründəki qadağalar və müstəqillikdən sonrakı inkişaf dinamikası, problemlər və onların həllinə həsr olunmuş elmi tədqiqatlar toplusu cəm olununub. Kitab əsasən ingilisdilli ölkələrin (ABŞ, Kanada, İngiltərə, Avstraliya, CAR) universitet və tədqiqat mərkəzləri üçün Qafqaz və Mərkəzi Asiya üzrə vəsait kimi nəzərdə tutulub.

Kitabda Azərbaycandakı vəziyyətə həsr olunmuş bölüm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov və BDU-nun dosenti, eyni zamanda Los-Anceles Universitetinin professoru Altay Göyüşov tərəfindən yazılıb. Həmin bölümdə həm Sovet dövrünün ilk illərindən başlayaraq Azərbaycanda İslamın üzləşdiyi vəziyət, SSRİ-nin güclənməsi ilə bərabər dinə qarşı dəyişən münasibət, digər respublikalarla müqayisədə fərqli anlar, həm də müstəqillik dövründən başlayaraq ölkədə dini dəyərlərə olan münasibətin dəyişməsi, yeni dövlət-din mübasibətlərinin formalaşması, dini dəyərlərə qayıdış, dinin ictimai həyatdakı rolu və s. problemlərə həsr olunmuş maraqlı tədqiqat, analitika və faktlar öz əksini tapıb.

Kitabın tədqiqat baxımından əhəmiyyətini qeyd edən faktlardan bəlkə də biri, nəşriyyat tərəfindən həmin kitaba digər analoji tədqiqaqat xarakterli kitablar ilə müqayisədə çox baha satış qiyməti qoyulmasıdır.

Qeyd edək ki, həmin tədqiqat bir neçə ilin məhsulu olub, hələ adı çəkilən nəşriyyatda çap edilməmişdən əvvəl Almaniya universitetlərinin diqqətini cəlb edib və onun qısaldılmış variantı Almaniyanin Bohum Universiteti tərəfindən nəşr edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır