Modern.az

Deputat: "Bu biabırçılıqdır, qəzetlər birləşib holdinq yaratmalıdırlar”

Deputat: "Bu biabırçılıqdır, qəzetlər birləşib holdinq yaratmalıdırlar”

Parlament

21 İyul 2011, 12:03

“Azərbaycanda fəaliyyət göstərən qəzetlər birləşib media –holdinq yaratmalıdırlar. Əks təqdirdə,  çap mətbuatının ciddi problemləri həll olunmayacaq”. Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, tanınmış jurnalist  Elmira Axundova KİV-lərin durumu ilə bağlı vəziyyət haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, ölkədə çap mediasının vəziyyət ürəkaçan deyil və getdikcə bu sahə “öləziyir”. 
“Çap olunan qəzetlər rayonlara gedib çatmır. KİV-in yayım sistemində ciddi problemlər mövcuddur. 9 milyonluq əhali üçün gündə cəmi 600 qəzet nüsxəsinin satılması sadəcə biabırçılıqdır. Odur ki, KİV rəhbərləri bu məsələni ciddi-götür qoy etməlidirlər. Birləşib media-holdinq yaradıb qəzetlərin yayımını təmin etməlidirlər”-deyə millət vəkili vurğulayıb.
E.Axundova qeyd edib ki, dövlətin KİV-ə yardımı müəyyən zaman daxilində mümkündür. Bütün dünyada olduğu kimi, qəzetlər biznes sistemlərini qurub reklam gəlirləri ilə qazanc əldə etməlidirlər. “KİV-lərdə rəngarənglik yoxdur. Xəbərlərin təqdimində ciddi problemlər var. Oxucu üçün maraqlı qəzet çıxarılmır. Ayrı-ayrı siyasi maraqları təbliğ edən KİV-lər sadə vətəndaşlar üçün maraqlı deyil. Bu amil ciddi müzakirə edilməlidir”-deyə deputat vurğulayıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi