Modern.az

Deputatlar tətili harada keçirəcəklər..? (I Yazı)

Deputatlar tətili harada keçirəcəklər..? (I Yazı)

Parlament

21 İyul 2011, 13:14


İsti yay günlərində hamı istirahət etmək istəyir... Bunun üşün cibinin dolu, bir də zamanın olması yetərlidir. Maraqlıdır, görəsən Milli Məclisin deputatları istirahət üçün haranı seçirlər..?

Modern.az saytı millət vəkilləri arsında keçirdiyi ilk sorğunu təqdim edir.

Deputat Jalə Əliyeva bildirib ki, ölkəmizdə gözəl turizm zonaları var: “Hamısı da insanların üzünə açıqdır. Bundan əvvəl Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev sizing saytınıza demisdi ki, deputat xalqla bir yerdə dincəlməlidir. Mən də bu fikirlə razıyam”.
J.Əliyeva hazırda Bakıda olduğunu deyib: “İşlərim çoxdur. Elmi işlər, kitab, ailə məsələləri var. Ona görə də istirahətə zamanım yoxdur. Hər halda, böyük ehtimalla avqustda dincələcəm. Amma xaricdə deyil, Zuğulbada, hökumət nümayəndələri, deputatlar üçün ayrılan yerdə...”.

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə deputat seçildiyi bölgədə - Lənkəranda,  “Palıdlı Sahil” İstirahət Mərkəzində dincələcək: “Bura dünyanın ən gözəl yeridir. Dəniz, təmiz hava... At çapacam, velosiped sürəcəm... Dincələcəm”.

Millət vəkili Elmira Axundova isə qeyd edib ki, həyat yoldaşının səhətində problem olduğu üçün hər il Çexiyanın Yasimova bölgəsinə gedirlər: “Orada müalicə alırıq. İndi oradan qayıtmışıq. Bu ayın sonunda isə Qəbələdə keçiriləcək Musiqi Festivalına gedəcəm. Orada bir həftə dincələcəm. Avqustda isə doğma rayonuma - Masallıya gedəcəm. Həm Masallıda istirahət edəcəm, həm də seçicilərimlə görüşəcəm”.

122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova vurğulayıb ki, buy ay Bakıda qalacaq: “Elə Bakıda da dincələcəm”.

Deputat Kamilə Əliyeva xaricdə dincəlməyə üstünlük vermir: “Dincəlmək üçün Azərbaycanın çox gözəl yerləri var. Ona görə də mən üstünlüyü öz rayonlarımıza verirəm. Hazırda Zaqatala-Balakən bölgəsinə gedirəm. Öz rayonuma. Orada həm seçicilərimlə görüşəcəm, həm də istirahət edəcəm. Başqa rayonlarda da dincələcəm. Hər rayonda bir həftə dincəlsəm, bir ay  başa çatacaq”.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!