Modern.az

Sabir Hacıyev: “Mətbuat Gününün müəyyən edilməsi tək mənim xidmətim deyil”

Sabir Hacıyev: “Mətbuat Gününün müəyyən edilməsi tək mənim xidmətim deyil”

Parlament

22 İyul 2011, 12:08

Bu gün qeyd etdiyimiz 22 iyul Milli Mətbuat Gününün tarixi 1991-ci ildən başlayır. Modern.az bildirir ki, Azərbaycanda mətbuat günü ilə bağlı təklifi reallaşdıran şəxslərdən biri hazırda Milli Məclisin üzvü olan Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev olub. 1991-ci ildə Prezident Aparatında yüksək vəzifədə işləyən S.Hacıyev saytımıza açıqlamasında bildirib ki, ölkə müstəqli olduqdan sonra o zaman onun mətbuatı ilə bağlı bayram tarixi barədədə  müzakirələr başlanıb.

“O vaxta qədər “Pravda” qəzetinin yarandığı 5 may sovet Azərbaycanında mətbuat və radio günü kimi qeyd olunurdu. Prezident Aparatında işləyəndə belə qərara gəldik ki, “Əkinçi” qəzetinin nəşr olunduğu tarixi Milli Mətbuat Günü kimi tarixə salaq. O zamankı rəhbərliklə müzakirələrdən sonra qərar qəbul edildi. Bu tək mənim xəidmətim olmayıb. O zaman vəzifədə olan bütün şəxslərin xidməti sayılmalıdır”-deyə S.Hacıyev vurğulayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?