Modern.az

Türkiyə FHN-ində işləyən azərbaycanlı xanım: “İtkin alpinistlərin axtarışı ilə bağlı bir qeyri-peşəkarlıq var” - MÜSAHİBƏ  

Türkiyə FHN-ində işləyən azərbaycanlı xanım: “İtkin alpinistlərin axtarışı ilə bağlı bir qeyri-peşəkarlıq var” - MÜSAHİBƏ   

21 Fevral 2018, 08:46

Türkiyə Fövqəladə Hallar Nazirliyində işləyən azərbaycanlı xanım Fidan İsmixanova...

O, 2006-cı ildən Türkiyədə yaşayır. 2011-ci ildən Türkiyədə diplomunu təsdiqlətdikdən sonra sağlıq məmuru statusu qazanıb. 2012-ci ildə Türkiyədə işə başlamaq üçün dövlət imtahanı verib və qardaş ölkədə yüksək bal toplayan 15-ci nəfər olub. 1 il Van Dövlət xəstəxansında həmşirə işləyib.

 

Sağlıq məmuru statusu aldıqdan sonra Türkiyənin bir çox özəl xəstəxanalarından iş təklifi alıb. 2013-cü ildə isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ardahan bölməsinə təyinat alıb. Fidan burda təlimlər verməyə başlayıb.

 

FHN işçilərinə fövqəladə hallar zamanı tibbi yardımın necə göstərildiyini öyrədib. O, eyni zamanda məktəblərdə və dövlət qurumlarında fövqəladə hallarda davranış və tibbi yardım dərsləri verib.
2015-ci ildə isə İstanbul Unversitetinə daxil olub. Fidan İsmixanova bununla həm işində yüksəlib, həm də yeni təyinat alıb. 


Uğur hekayəsinin geri qalan qismini Fidanın özü Modern.az saytına danışıb.


- Mən daha sonra Fövqaladə Hallar Nazirliyinin İstanbul bölməsinə təyinat aldım. Bu qurumda da sağlıq məmuruyam və FHN-nin təhsil şöbəsində işləyirəm. 

 

Mən 1-ci sinifdən 11-ci sinfə kimi unveristetlərdə, dövlət orqanarında, bələdiyyələrdə dərs keçirəm. Bundan başqa, xaricdən gələn FHN işçilərinin konfranslarında təlim verirəm və mühazirələr deyirəm. İndi fikrim var ki, Türkiyənin başqa şəhərlərinə təyinat alım. Çünki hər bir şəhərdə işləmək maraqlıdır. 

 

- Tələbələrə əsasən nələrdən bəhs edirsiniz? Fövqəladə hallardan başqa, məsələn, Azərbaycanla bağlı nələrsə danışırsınız?


- Biz dövlət orqanı olduğumuza görə, bizə verilən plandan kənara çıxa bilmirik. Mən Azərbaycanın coğrafi qurluşundan və təbii fəlakətləri ilə bağlı danışa bilirəm. Amma siyasi və icrimai məsələlərə toxuna bilmirik. Bunun üçün xüsusi icazə olmalıdır.
 

- Məsələn, qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Uzun illərdir burada yaşayırsınız və dövlət məmurusunuz. Xocalı həqiqətlərinin yayılması üçün nə etmisiniz?


- Dediyim kimi, rəsmi olaraq nəsə edə bilmirəm. Amma ictimai fəal olaraq edirəm. Məsələn, Ardahan FHN-ində işlədiyim zaman Ardahan Unversitetindəki türk və azərbaycanlı tələbələrlə bütün özəl günlərimizdə tədbirlər keçirirdik.

 

Broşürlər hazırlayıb yayırdıq. İstanbulda da eyni ilə ictimai fəaliyyətlə məşğuluq. Sadəcə, burda dağınıqlıq var. Mən 10 nəfərlə çıxıb broşür dağıdıram, məlumat yayıram. Bir başqası da eynilə. Amma bir olaraq bunu edə bilmirilk təəssüf ki...

 

- Yenidən keçək işlə bağlı məsələyə. Türkiyə FHN-nin fəaliyyətinə...

-  Azərbaycanda necədir bilmirəm. Orda işləməmişəm. Oranın təcrübəsini tam bilmirəm. Amma Türkiyə FHN çox böyukdü və üzərinə düşən iş çoxdur. Misal üçün, Suriyadan gələn qaçqınları yerləşdirir, maddi olaraq təmin edir. Ümumiyyətlə, polislə yanaşı, FHN insaların yardım istədiyi və güvəndiyi ikinci orqandı. 

 

- Burda iş prosesində hansısa çətinlik çəkmisiniz?

- İşlə bağlı ciddi çətinliyim olmadı. Əsas planları düzgün yerinə yetirməkdir. Sadəcə, rəsmi şəxslərə təlim verəndə həyəcanlanıram. Məsələn, başbakanlıq, valiliklər və bələdiyyə başqanlarına təlim keçdim. Yalançı zəlzələ siqnalı verildi. Sonra onların qarşısında çıxış etdim.

 

Azərbaycanlı olaraq onlara iş prosesini başa salmaq qürurverici idi. Məsələn, o zaman çox həyacanlanırdım və təlim keçərkın  yarıAzərbaycan-yarıtürkcə danışırdım. Təbii olaraq onlar məni başa düşürdülər.

 

- Yəqin ki, xəbərin var. Azərbaycanda 3 nəfər alpinist dağda itkin düşüb. Hələ də onlardan heç bir xəbər yoxdur, uzun müddətdir axtarılır.

- Hər axtarışın öz peşəkar komandası olmalıdır. Məncə, alpinistlərin tapılmaması düzgün qurulmayan işin nəticəsidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu işi bacara bilmədilər. Hadisə burda baş versəydi, o axtarışa çıxan əməkdaşlar rəsmi olaraq hesabat verməli idilər. Dronlarla ilk gündən axtarış olmalıydı.

 

Demək ki, Azərbaycanda dağlarda arama-qurtarma ilə məşğul olan əməkdaşlar tam peşəkar deyillər. Ya o ərazinin planını bilmirlər və ya xüsusi plan xəritəsi çıxara bilməyiblər.

 

Düzgün axtarış təyin olmayıbsa, nəticə müsbət ola bilməz. Çox güman ki, alpinistlərin üzərinə qar uçqunu düşüb. O uçqunu müəyyən edən dağçılar olmalıdır. Çox səbəb var. Mən orda olmadığım üçün tam deyə bilmirəm. Buradan mühakimə etmək ədalətsiz qərar olar. Amma mütləq bir qeyri-peşəkarlıq var. Bunun üçün də Azərbaycanın FHN işçiləri dağ təlimi almalıdırlar.
 

- Fidan, başqa nə planlarınız var? Ailəlisiniz, ailəylə başqa şəhərlərə təyinat almaq çətin olurmu?

- Ailəylə əlbəttə çətinliklər olur. Həyat yoldaşım müəllimdir. Mən təyinatımı alıb getdikcə, o da dövlətdən təyinat istəyir və mənim olduğum şəhərlərdə işləyir. Hazırda işlə yanaşı, təhsil də alıram. Təhsil bitdikdən sonra FHN-dəki işimlə bağlı yeni planlar olacaq. Amma hər seyi birdən əldə etmək olmaz. İşləmək və inkiçaf edərək, yüksəlmək istəyirəm, hədəfim budur.


Məhsəti Şərif,
Türkiyə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir