Modern.az

Eldar Quliyev Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib, "Senator ulduzu" alıb

Eldar Quliyev Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib, "Senator ulduzu" alıb

23 İyul 2011, 19:01

Azərbaycan Milli Məclisinin deputatı Eldar Quliyev Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə qurumun akademik üzvü seçilib.
Modern.az saytının məlumatına görə, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının Ankara başkanı prof.dok. Hayrettdin İvginin adından Eldar Quliyevə təbrik məktubu göndərilib.
Məktubda bildirilib:

"Hörmətli Eldar Müəllim!
Siz dünya mədəniyyətinə, təhsilinə və iqtisadiyyatına göstərdiyiniz böyük xidmətlərə görə Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının Böyük Elmi Şurasının qərarı ilə akademik üzv seçilmisiniz.
Bu xəbəri diqqətinizə çatdırmaqla, sizi təbrik edir və iki qardaş ölkə arasındakı əlaqələrin inkişafındakı xidmətlərinizin davam etdirilməsini arzulayırıq".

Modern.az saytının məlumatına görə, Eldar Quliyev Almaniyada yerləşən Avropa Təbiət Elmləri Akademiyası tərəfindən də təltif edilib. Akademiyanın prezidenti, professor V.Tıminski bununla bağlı Eldar Quliyevə təbrik məktubu ünvanlayıb. O, bildirib ki, Akademiyanın rəyasət heyətinin qərarı ilə 60 illik yubileyi və dünya iqtisadiyyatı və mədəniyyəti qarşısındakı xidmətlərinə görə, Azərbaycan Milli Məclisinin deputatı "Senator ulduzu" ordeni ilə təltif edilib.

"Sizi yubileyiniz münasibətilə təbrik edir, bundan sonrakı fəaliyyətinizdə uğurlar arzulayıram"-deyə V.Tıminski məktubunda bildirib. "Senator ulduzu" ordeninin Eldar Quliyevə verilməsi üçün deputatı bu ilin sentyabr-oktyabr aylarında Berlin şəhərində keçiriləcək mərasimə dəvət ediblər.  

Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə gün öncə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Eldar Allahyar oğlu Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam verib. 

E.Quliyev 28 saylı Sabunçu III seçki dairəsindən Milli Məclisin deputatı, "Azərittifaq"ın sədridir.

1951-ci ildə Bakıda doğulan Eldar Quliyevin bu günlərdə 60 yaşı tamam olub. 1969 - 1974-cü illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. 1975 - 1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1981 - 1985-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspirantı kimi elmi-tədqiqat işi ilə məşğul olub. 1987 - 1990-cı illərdə "Azərittifaq"ın Bakı şəhər kooperativ ticarəti idarəsinin direktoru və onun bazasında yaradılan Bakı şəhər istehlak cəmiyyəti idarə heyətinin sədri vəzifəsində çalışıb. 1993-cü ildə isə "Azərittifaq"ın idarə heyətinin sədri vəzifəsinə seçilib. O, eyni zamanda Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədr müavinidir.

E.Quliyev həm də tanınmış alimdir. O, 2008-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilərək "Qızıl ulduz" medalı ilə təltif olunub.

2009-cu ildə Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib və Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Avropa Taclı Xidmət" ordeni ilə mükafatlandırılıb.
2010-cu ildə isə E.Quliyev İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib və Romanın fəxri alimi adına layiq görülüb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi