Modern.az

Şəhid zabitin xanımı: “Şahlar əkiz uşaqlarımızın doğulacağı xəbərini alan günün ertəsi həlak oldu” - FOTO

Şəhid zabitin xanımı: “Şahlar əkiz uşaqlarımızın doğulacağı xəbərini alan günün ertəsi həlak oldu” - FOTO

23 Fevral 2018, 10:59

2018-ci ilfevralın 24-dən 25-nə keçən gecə cəbhənin Füzuli-Xocavənd istiqamətində baş vermiş döyüşün 1 ili tamam olacaq. 

Modern.az saytı həmin döyüşdə şəhid olmuş hərbçilərin ildönümü ərəfəsində onların ailəsi ilə əlaqə saxlayıb.

Müsahibimiz şəhid baş leytenant Şahlar Nəzərovun xanımı Könül Nəzərovadır

Arayış: Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində anadan olub. Baş leytenant Şahlar Nəzərov 2017-ci il fevralın 24-dən 25-nə keçən cəbhənin Xocavənd rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olub. Onun meyiti fevralın 27-də neytral ərazindən götürülüb. Fevralın 28-i isə Şahlar Nəzərov doğulduğu Yardımlı rayonunun Peştəsər kəndind son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb.

Şahlar Nəzərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Şücaətə görə" medalı ilə təltif edilib.

“Həm dostumu, həm də həyat yoldaşımı itirdim”


“Şahlarla xalaqızı xalaoğluyuq. Valideynlərimizin razılığı ilə nişanlanıb ailə həyatı qurmuşduq. Bir-birimizi uşaqlıqdan tanımışıq. Yaxın olmuşuq. 2016-cı ilin 23 iyulunda toyumuz oldu. Amma nə biləydik ki, evliliyimiz belə qısa və uğursuz olacaq. Bizi həm qohumluq, həm də sevgi birləşdirirdi. Ona görə də onun yoxluğu mənə daha ağırdır. Həm doğma insanı, həm də həyat yoldaşımı, dostumu itirmişəm”.


“Ərizəni yaz, hərbidən uzaqlaş”


Şəhidin həyat yoldaşı deyir ki, Şahları hərb yolundan döndərmək qeyri-mümkün idi.

“Şahlar mənimlə ailə qurmazdan öncə hərbidə çalışırdı. Artıq 4-5 il olardı. Baş leytenant rütbəsialmışdı. Bizim toyumuz olandan sonra mən qaynanamgillə qalmalı oldum. Fikri vardı ki, məni də özü ilə Beyləqana aparsın. Orada hərbi şəhərcik vardı. Elə hazırlaşırdıq ki, birgə yaşamağa, ortaya ayrılıq girdi. Şahlar bizə heç nə deməmişdi. Amma hərəkətlərindən anası da, mən də başa düşürdük ki, nəsə baş verəcək. Çünki Şahlar məlumatlı idi. Anası neçə dəfə deyirdi ki, “uzaqdasan. Ərizəni yaz hərbidən uzaqlaş. Ailənin yanında ol”. Amma Şahlar nəinki anasının, heç mənim də sözümü eşitmirdi”.

Könül xanımın sözlərinə görə, Şahlar əkiz uşaq atası olacağı xəbərinə çox sevinmişdi.

Qismətimiz belə yazılıbmış”

“Şahlar ata olacağını bilirdi. Əkiz uşaqlarının olacağını biləndə isə lap çox sevinmişdi. Mənə “Özünü qoru hər şey yaxşı olacaq. Narahat olma” deyirdi. Elə əkiz uşaqlarımızın olacağı xəbərini Şahlara verən günün səhəri o qanlı hadisə baş verdi.  Hadisə baş verməzdən bir gün qabaq Şahlar anasına zəng etmişdi. Sonra mənimlə də danışmışdı. Şahları pis insan kimi xatırlaya bilmirəm. Çünki bizə qarşı heç bir kobudluğu olmayıb. Düzdü, çox qısa evliliyimiz oldu. Nə edə bilərik ki! Qismətimiz belə yazılıbmış”.

“Atalarını qəhrəman kimi xatırlayacaqlar”

Şəhidin həyat yoldaşı onsuz keçən günləri göz yaşları ilə xatırlayır:

“Şahlarsız bu evdə necə yaşamağımı soruşursuz. Axı mənim hələ də onun geri qayıdacağına ümidlərim var. Gözləyirəm onun yolunu!. Şahlar şəhid olandan sonra atam evinə getmədim. Qaynatamgilin yanında qalıram. Axıra qədər də onlarla qalacam. Başqa gedib harda qalmalıyam ki!Həm doğma xalamın evidir, həm də bu evdə Şahlarla bağlı xatirələrimiz var. Hətta, qaynanam Şahları məzarı başında ziyarət etməyimə icazə belə vermir. Deyir “ağlayıb özünü məhv etmə. Onsuz da hamımız ölü kimiyik. Amma həyat davam edir. Nə edək?!”.
İki əkiz oğlan övladlarım var. Birinə Şahların, digərinə isə qaynatamın adını vermişik. Onlar Şahlardan mənə yadigardırlar. O uşaqlarla təsəlli tapıram. Onlar güləndə bütün dünya mənim olur. İndi 8 aylıqdırlar. Düzdü, atalarını görməmək acısı həmişə məni göynədəcək. Düşünəndə ki, onlar şəhid övladlarıdır, susuram. Şahlar sağlığında neçə erməni öldürüb. Övladlarım həmişə atalarını qəhrəman kimi xatırlayacaqlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu