Modern.az

Milli Məclisdə vətəndaşların qəbulu dayandırılıb

Milli Məclisdə vətəndaşların qəbulu dayandırılıb

Parlament

26 İyul 2011, 13:31


Modern.az saytı Milli Məclislə, deputatlarla bağlı məsələləri daim gündəmdə saxladığından son günlər poçtumuza seçicilərdən xeyli müraciət daxil olur ki, öz deputatları ilə əlaqə saxlaya, onların qəbuluna yazıla bilmirlər. Modern.az-ın əməkdaşı  məsələ ilə bağlı Milli Məclislə əlaqə saxlayıb. Qanunverici orqanının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsindən bildirilib ki, iyulun 15-dən etibarən Milli Məclisdə vətəndaşların qəbulu dayandırılıb. Bunun səbəbi isə millət vəkillərinin yay tətilinə çıxmaları ilə əlaqədardır.

Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 1-ci maddəsinə müvafiq olaraq Milli Məclis iyul ayının 15-dən avqust ayının 30-dək tətilə buraxılıb.
Bununla əlaqədar iyul və avqust aylarında Milli Məclisdə vətəndaşların qəbulu təşkil olunmayacaq. Milli Məclisin payız sessiyası öz işinə sentyabr ayının 30-da başlayacaq”-deyə qanunverici orqanının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin açıqlamasında bildirilib.

Yeri gəlmişkən, tətilə çıxan deputatlardan bəziləri Modern.az-a açıqlamalarında yay istirahətini ölkə daxilində, digərləri xaricdə keçirəcəklərini bildirblər. Tətilə çıxmalarına baxmayraq, bu günlərdə də seçicilərilə görüşlər keçirdiklərini deyən millət vəkilləri də var.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü