Modern.az

Norveçdə terrordan əvvəl Andersin oxşarının olduğu virtual oyun satışa çıxarılıb (FOTOLAR)

Norveçdə terrordan əvvəl Andersin oxşarının olduğu virtual oyun satışa çıxarılıb (FOTOLAR)

27 İyul 2011, 13:17

Mart ayında satışa çıxan kompüter oyunu qəhrəmanının sifəti və əməlləri Breyviki xatırladır

Norveçdə dəhşətli terror aktı törətmiş Anders Breyviqin siması və etdiyi cinayət əməli bir neçə ay öncə staışa çıxarılmış kompüter oyunu olan “Dragon Age 2”nin əsas virtual qəhrəmanın surətini və “qəhrəmanlıqlarını” xatırladır. Modern.az bildirir ki, bu qətldən sonra bir sıra müşahidəçilər heyrət içində bu virtual oyunda baş verən hadisənin real həyatda təkrar olunmasını izləyiblər.

2011-ci ilin mart ayında Kanadanın “Elektroniks Arts” korporasiyasına məxsus “Biovare” şirkətində hazırlanmış “Dragon Age 2” oyunun əsas virtual qəhrəmanı olan Anders həm də üzünün sifət cizgilərinin oxşarlığı ilə real qatil olan Anders Breyvikə bənzəməsi ilə diqqət çəkir.

Virtual oyunun personajlarından biri olan Anders özünü “ədalətli” adlandırır və şərə qarşı vuruşmaq üçün ruhla müqavilə bağlayır. Bu müqavilə nəticəsində ruha öz bədənində yerləşməyə icazə verir. Anders elə hesab edir ki, bu ona şərə qarşı vuruşmaq üçün böyük şans verəcək. Amma oyun boyu aydın olur ki, ruh Andersin nəzarətindən çıxır və onun şüuru üzərində hakimliyi ələ keçirir.

Nəticədə oyunun finalında Anders kilsə ilə sehrbaz maqların müharibəsinə rəvac verərək kilsə tərəfdarlarının ofis qərargahını partladır. Bu zaman oyunu oynayan şəxs Andersin qarşısında aciz olur. Oyunçular yalnız ona finalda üz-üzə gəlmək üçün geri çəkilməlidirlər. Hesablamlara görə, finalda üz-üzə gəlmək üçün Anders 90 nəfəri öldürməlidir. Bu real həyatda Andersin öldürdüyü sayda insan deməkdir.

Maraqlıdır ki, Norveç terrorçusunun sevimli oyunu “Call of Duty: Modern Varfare 2” oyunu olub. Bu oyuna görə, pis generalın səyi nəticəsində Rusiya ilə ABŞ arasında müharibə başlayır. Oyunun bir məqamı Moskva aerportunda dinc sakinlərin güllələnməsi səhnəsidir. Müşahidəçilər bunu 2011-ci ilin yanvarında “Domodedovo”da olan terror aktının işarəsi kimi qiymətləndirib. Çünki bu virtual hava limanı real aerporta çox oxşardır.

Breyvikin özünü kim hesab etməsini söyləmək çətindir. Amma onun kimi insanların psixologiyası artıq çoxdandır ki, kompüter oyunlarının süjeti üçün əsas amilərdən birinə çevrilib. Bunu oynayanlar yaxşı bilir.



Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir