Modern.az

Deputatlar tətili harada keçirəcəklər..? (II Yazı)

Deputatlar tətili harada keçirəcəklər..? (II Yazı)

Parlament

28 İyul 2011, 15:22

İsti yay günlərində hamı istirahət etmək istəyir... Bunun üçün cibinin dolu, bir də zamanın olması yetərlidir. Maraqlıdır, Milli Məclisin deputatları istirahət üçün haranı seçirlər..?

Modern.az saytı millət vəkilləri ilə sorğuları davam etdirir.

Deputat Vahid Əhmədov hələ ki dincəlmir: “Bakıdayam... Müəyyən müddətdən sonra seçildiyim Qubaya gedəcəm. Səhhətimlə əlaqədər Türkiyəyə müalicəyə getməyi də planlaşdırıram”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli  hazırda Bakıda olduğunu bildirib. Millət vəkilinin istirahətlə bağlı xüsusi bir proqramı yoxdur.  Deputat saytımıza bildirib ki, müəyyən qayğıları var və bunları aradan qaldırmağa çalışacaq: “Hər halda zaman tapsam, öz doğulduğum rayonda istirahət etməyə üstünlük verəcəm”.

Millət vəkili Asim Mollazadə isə bildirib ki, tətil müddətində Bakıda olacaq. Deputat bunu tədbirlərinin çox olması ilə əlaqələndirib. O qeyd edib ki, elə tədbirlər var ki, ona istirahətə imkan vermir: “Təbii ki, mənim üçün istirahətdən daha çox, belə tədbirlərdə iştrak etmək önəmlidir”.

Deputat Tahir Rzayev tətil müddətinin 20 gününü təmsilçisi olduğu Ağcəbədi rayonunda olub: “Ağcəbədidə seçicilər ilə mütəmadi görüşlər keçirdim. İcra Hakimiyyətinin hesabatında iştrak etdim. Seçicilərin bir neçəsinin xeyir-şər məclisində iştrak etdim. Artıq bir gündur ki, Mərdəkan qəsəbəsində istirahət edirəm. Tətil müddətində qısa bir zaman ərzində  dincəldikdən sonra yenidən rayona qayıdacağam”.
Tahir Rzayev istirahət məsələsində xarici ölkələrə üstunluk vermədiyini bildirib. Deputat Azərbaycanı dünyanın ən gözəl istirahət yeri saydığını qeyd edib və ona görə də Mərdəkanda dincəldiyini deyib.

Deputa Fəzail Ağamalı isə hazırda Qəbələ rayonunda olduğunu bildirib. Millət vəkili xarici ölkələrə  üstünlük vermədiyini və hər il Azərbaycanda istirahət etdiyini deyib: “Millət vəkilləri üçün xüsusi istirahət zonasına ehtiyac yoxdu, vətəndaşlar harda dincəlirsə, biz də orada dincəlməliyik”.

Mail AĞAXANOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir