Modern.az

Hollivudda Bin Laden haqqında bədii film çəkilir

Hollivudda Bin Laden haqqında bədii film çəkilir

29 İyul 2011, 11:39

Hollivud “Əl-Qaida” lideri Usamə Bin Ladenin öldürülməsi əməliyyatı haqqında bədii film çəkməyə hazırlaşır. Modern.az bildirir ki, bu barədə Sony Pictuers studiyasının idarə heyətinin sədri Emi Paskal deyib. Onun sözlərinə görə, “bir nömrəli terrorçu”nun öldürülmə əməliyyatı ilə bağlı bədii film gələn ilin oktyabr ayının 12-də geniş ekranlara çıxacaq. Filmin prokatıçısı  məhşur Hollivud studiyası olan Coumbia Picturesdir.

Paskal deyib ki, hələlik filmin iki işçi adı - “Ben Ladeni öldürməli” və “Xüsusi təyinatlılardan altısı” adları müəyyən edilib. Filmin rejissoru Ketrin Biqeleoudur. O 2010-cu ildə  ən yaxşı rejissor işinə görə ilk dəfə “Oskar” almış qadın rejissor olub.

Filmin ssenari müəllifi keçmiş jurnalist Mark Boalu, prodüsserlər Meqan Ellison və Qeq Şapirodur.  Filmin çəkilişləri yayın sonlarında başlanacaq. Bin Laden rolunun ifaçısının adı hələlik açıqlanmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı