Modern.az

Hərbi xidmətə növbəti çağırış fərmanı verildi

Hərbi xidmətə növbəti çağırış fərmanı verildi

25 Noyabr 2009, 22:20

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2010-cu il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.
Modern.az xəbər verir ki, fərmana əsasən, 1992-ci ildə doğulan və çağırış günü üçün 18 yaşı tamam olan, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2010-cu il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.
Bu müddətdə xidməti müddəti keçmiş əsgər, matros və çavuşlar 2010-cu ilin yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaq.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər