Modern.az

Prokurorluğun müstəntiqi işdən qovuldu, barəsində cinayət işi açıldı

Prokurorluğun müstəntiqi işdən qovuldu, barəsində cinayət işi açıldı

26 Noyabr 2009, 11:23

Qusar rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürov prokurorluq işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə noyabrın 25-də rütbədən məhrum olunmaqla prokurorluq orqanlarından xaric edilib.
Respublikanın Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, sabiq böyük müstəntiqi barəsində cinayət işi də açılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Ə.Şükürov xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməklə ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların əmlakını ələ keçirib və bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istintaq aparılır.



 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir