Modern.az

Hesablama Palatası “Azəriqaz”da qanunsuzluqlar aşkarlayıb

Hesablama Palatası “Azəriqaz”da qanunsuzluqlar aşkarlayıb

26 Noyabr 2009, 12:54

Modern.az xəbər verir ki, Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi qurumun 2009-cu ildə apardığı yoxlamalar barədə danışıb. O, bildirib ki, bu il Hesablama Palatası 20-ə yaxın obyektdə yoxlamalar aparıb. H.Əsədov xüsusilə “Azəriqaz”da aparılan yoxlamalardan danışıb. Hesablama Palatasının sədri deyib ki, “Azəriqaz” yoxlanılarkən bir sıra qanun pozuntuları aşkar olunub. Bura vəsaitlərin şişirdilməsi, proqramların icra edilməməsi, mühasibatlıqda olan problemlər daxildir. H.Əsədov qeyd edib ki, yoxlamalarla bağlı Hesablama Palatasının son rəyi hökumətə təqdim olunacaq. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində diplomatik korpuslarında aparılan yoxlamalar barədə də məlumat verən H.Əsədov bildirib ki, Ukraynadakı səfirliyimizdə müəyyən pozuntular qeydə alınıb. Bu da dövlət rüsumlarının gecikdirilməsi ilə bağlıdır. O, bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyindəki problemlərin aradan qaldırılması ilə bağlı müəyyən iş görülür.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir