Modern.az

Azərbaycan çempionatında amansız hesab: 15:0

Azərbaycan çempionatında amansız hesab: 15:0

Hadisə

26 Mart 2018, 00:54

Futzal üzrə Yüksək Liqada XXI turdan təxirə salınmış bir oyun keçirilib.

Modern.az xəbər verir ki, lider "Araz" turnir cədvəlinin əks qütbündə qərarlaşmış "Xəmsə" ilə üz-üzə gəlib.

Fasiləyə qədər rəqib torunu 6 dəfə silkələyən lider ikinci hissədə daha məhsuldar oyun nümayiş etdirib və yekunda 15 top fərqi ilə qələbə qazanıb.

Bu oyunda 6 qol vuran Bolinya bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib. 
 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü