Modern.az

İcbari tibbi sığorta ilə bağlı YENİLİK: Cəzalar ağırlaşdırılır  

İcbari tibbi sığorta ilə bağlı YENİLİK: Cəzalar ağırlaşdırılır  

27 Mart 2018, 14:16

Müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edənlər inzibati məsuliyyətə cəlb olunacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə “Tibbi sığorta haqqında” qanunun 16-cı maddəsinə (Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti) edilən dəyişiklikdə qeyd edilib.

 

Qanunun hazırki maddəsində qeyd edilib ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiyaları tətbiq edilir.Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir.

 

Dəyişikliyə görə isə ,mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.

 

Qanun layihəsinə dəyişiklik Milli Məclisin aprelin 3-də keçiriləcək iclasında müzakirə ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi