Modern.az

Bir ildə 877 azərbaycanlı uşaq övladlığa götürülüb

Bir ildə 877 azərbaycanlı uşaq övladlığa götürülüb

29 Mart 2018, 16:30

2017-ci ildə Azərbaycanda 877 uşaq övladlığa götürülüb ki, bu da 2016-cı illə müqayisədə 13,5 faiz çoxdur.

 

Bu barədə Modern.az-a Ədliyyə Nazirliyindən verilən məlumatda bildirilirb.



Qeyd edilib ki, əvvəlki ilə nisbətən övladlığa götürülən oğlanların sayı 15,9 faiz artaraq 466 nəfər, qızların sayı isə 10,8 faiz artaraq 411 nəfər olub.


2017-ci ildə əvvəlki illə müqayisədə övladlığa götürülmüş 3 yaşa qədər olan uşaqlarda 19,7 faiz, 3-5 yaşlı uşaqlarda 7,5 faiz, 6-10 yaşlı uşaqlarda 9,9 faiz, 11-17 yaşlı uşaqlarda isə 7,3 faiz artım müşahidə olunub və bu yaş qruplarında müvafiq olaraq 420, 172, 167 və 118 uşaq övladlığa götürülüb.

Ötən il ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 28 uşaq övladlığa götürülüb ki, onların da 12-si qızdır.

2017-ci ildə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən övladlığa götürülməsi barədə ləğv edilmiş qərarların sayı əvvəlki illə müqayisədə 7,9 faiz azalaraq 58 olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır