Modern.az

Jalüz məsələsində MÜƏMMA: Yol polisi isə “qanunları icra edirik” DEYİR

Jalüz məsələsində MÜƏMMA: Yol polisi isə “qanunları icra edirik” DEYİR

Hadisə

31 Mart 2018, 17:09

Azərbaycanda avtomobillərin arxa  sağ və sol şüşələrində jalüzlərdən istifadəyə etməyə ilin müəyyən fəsillərində, may-ın 1-dən noyabrın 15-ə qədər olan müddətə qədər icazə verilir.

Bu müddət ərzində sürücülər avtomobillərinin arxa şüşələrində standarlara uyğun olan jalüzlərdən istifadə edə bilərlər. Tətbiq edilən bu qanun ölkədə narazılıqla qarşılanır. Avtomobillərin arxa şüşələrində jalüzdən istifadənin mövsümü olmasının nə anlamı var? Əgər bu təhlükəsizliklik baxımından düşünülürsə nəyə görə müəyyən müddətdə icazə verilir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib ki,standarların tələbinə görə yalnız mayın 1-dən noyabrın 15-ə qədər avtomobillərin arxa şüşələrində jalüzlələrin istifadəsinə icazə verilir.

 

“Mən qanunu müzakirə edə bilmərəm, qanunvericilikdə tələb nədirsə  bizim də vəzifəmiz qanunvericiliyin tələblərini icra etməkdir. Əgər nə vaxtsa qanunvericilikdə belə bir dəyişiklik olarsa, bu tələb aradan götürülərsə, o halda  əlbəttə, biz qanunvericiliyə uyğun olaraq hərəkət edəcəyik. Sürücülərin bununla bağlı polisi günahkar görməsi düzgün deyil, biz qanunları icra edirik”.

 

Nəqliyat üzrə ekspert Ərşad Hüseynov deyib  ki, hazırda Azərbaycanda  qüvvədə olan yanaşma, standart daha çox sovet dövründən qalanı xatırladır.

 

“Dünyanın əksər ölkələrində Avropa İqtisadi Komissiyasının qəbul etdiyi beynəlxalq standart tətbiq olunur. Həmin standart bu məsələyə tamamilə başqa cür yanaşır.

 

AVS122-2004 standartı var, həmin standart Azərbaycanda tətbiq olunur. Bu standarda görə avtomobillərdə zavod istehsalı olan jalüzlərin istifadəsinə yalnız ilin bəzi fəzillərində icazə verilir. Avropa İqtisadi Komissiyasının 43 saylı qaydası var, həmin qaydada göstərilir ki, sükan arxasında əyləşən sürücünün kürəyindən arxada qalan şüşələr üçün heç bir məhdudiyyət yoxdur. Bu, il boyu belədir. Burada pərdəyə də hansısa məhdudiyyət yoxdur, sərnişin istədiyi vaxt açar, istədiyi vaxt bağlayar.

 

Mən düşünürəm ki, dünyanın əksər ölkələrində qəbul edilən  bu standartı Azərbaycanda da olduğu kimi tətbiq etmək  lazımdır. Çünki sürücüdən arxada qalan şüşələrin təhlükəsizlik üçün elə bir önəmi yoxdur, bundan başqa da elə avtomobillər var ki, orada sürücüdən arxada şüşə olmur”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!