Modern.az

Jurnalistlər dövlət orqanlarından informasiyanı necə ala bilirlər?

Jurnalistlər dövlət orqanlarından informasiyanı necə ala bilirlər?

26 Noyabr 2009, 16:54

Zərdabi Mətbuat Mərkəzi (ZMM) noyabrın 26-da «Azərbaycanda ilk mənbədən informasiya alınması sahəsində vəziyyət: problemlər və həll yolları» mövzusunda dəyirmi masa keçirib.

Modern.az xəbər verir ki, tədbirdə ZMM-in layihə çərçivəsində apardığı sorğunun birinci istiqaməti üzrə nəticələr açıqlanıb. Ümumilikdə sorğudan məqsəd Azərbaycanda ilk mənbədən informasiya əldə etmək sahəsindəki vəziyyətlə yaxından tanışlıq, bu sahədəki dinamikanı və tendensiyanı izləməkdir.

Sorğu iki istiqamətdə aparılır. Birinci istiqamət üzrə KİV-lərin ilk mənbə ilə bağlı məsələlərə münasibəti, ikincidə isə dövlət qurumlarının, idarə müəssisə və təşkilatların yaydıqları informasiyaların KİV-də işıqlandırılması səviyyəsi ilə əlaədar onların fikirləri öyrənilir. Bu zaman informasiya daşıyıcılarının KİV-də işıqlandırılmanın hansı məqamlarından razı və yaxud narazı qaldıqları ortaya çıxarılır.

 Birinci mərhələdə 100 respondent arasında sorğu keçirilib. Sorğudakı 31 gündəlik, 23 həftəlik qəzet, 21 agentlik, 14 elektron KİV, 11 bölgə mətbuatı iştirak edib. Sorğu zamanı respondentlərə ümumilikdə problemlə bağlı 9 istiqamət üzrə suallar ünvanlanıb. Rəyi soruşulanların müvafiq məsələlərə dair fikirlərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə ballarından istifadə olunub.

Sorğunun nəticələrinə əsasən, jurnalistlərə ən açıq dövlət qurumları Xarici İşlər Nazirliyi, Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi, Milli Məclis olub. Jurnalistlərin suallarına cavab verməyən qurumlar “Azərikimya” İstehsalat Birliyi, Müdafiə Sənayesi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Respublika Hərbi Komissarlığıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir