Modern.az

Namizədlər seçki kampaniyasına neçə manatla başlayıblar? - SİYAHI  

Namizədlər seçki kampaniyasına neçə manatla başlayıblar? - SİYAHI   

Hadisə

3 Aprel 2018, 11:14

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılan namizədlərin seçki fondunun gəlir və xərcləri nə qədərdir?

Modern.az saytının məlumatına görə, namizədlərin Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi maliyyə hesabatında bu barədə qeyd edilib.


Rəsmi məlumata görə, namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən indiki prezident İlham Əliyevin seçki hesabında 100 min manat var. Bu vəsaitin 50 mini fiziki şəxslərin ianəsi, qalan yarısı isə YAP-dan ayrılan maliyyədir.

Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən deputat Qüdrət Həsənquliyevin seçki hesabına 25 min manat köçürülüb.

Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən deputat Araz Əlizadənin seçki fonduna 10 min manat yatırılıb. Qeyd edilib ki, bu, fiziki şəxslərin A.Əlizadəyə ayırdığı könüllü ianədir.


Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən deputat Fərəc Quliyev seçkilərə 1060 manat ayırıb. Bu vəsaiti Milli Dirçəliş Hərəkatı Partiyası maliyyələşdirib.

Namizədliyi öz təşəbbüsü ilə irəli sürüləb deputat Zahid Oruc seçki kampaniyasına 9900 manatla başlayıb. O, bu vəsiti öz cibindən ayırıb.

Namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, Namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğlu maliyyə hesabatlarında vəsait göstərməyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar