Modern.az

İbrahim Tatlısəsdən yeni xəbər var

İbrahim Tatlısəsdən yeni xəbər var

8 Avqust 2011, 16:37

Silahlı hücumda başından yaralanan və 3 aydan çoxdur ki, müalicəsi davam edən ünlü sənətçi İbrahim Tatlısəs Yeni il gecəsində səhnəyə çıxaraq sevənlərini sevindirəcək.

Modern.az türk mətbuatına istinadən bildirir ki, Romatem Darüşşafak Fiziki Müalicə və Reabilitasiya Mərkəzinsə təxminən iki aydır müalicə alan İbrahim Tatlısıs fiziki müalicəyə cavab verib. Əvvəlki vəziyyətinə qayıtmaq üçün tibbi müalicəsini davam etdirən Tatlısəsin ən böyük istəyi isə səhnəyə çıxmaqdır.

Xəstəxanada mahnı oxumaq məşqlərini də edən sənətçi Yeni il gecəsi səhnəyə çıxmaq üçün ciddi şəkildə çalışır. Hətta o qrupuna da “hazır olun, Yeni ildə səhnəyə çıxacağıq” deyə mesaj da göndərib.

Tatlısəs gələn ay Almaniyaya gedəcək. Orada qarın boşluğunda saxlanılan kəllə sümükləri beyininə təzədən yerləşdirildikdən sonra sənətçi vətəninə qayıdar qayıtmaz səhnə işlərinə başlayacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi