Modern.az

Onlar “Gümüş qəlblər”i göstərəcəklər

Onlar “Gümüş qəlblər”i göstərəcəklər

8 Avqust 2011, 18:57

Azərbaycan Gənclər Eksperimental Teatr Studiyası “Gümüş qəlblər” tamaşasını səhnələşdirməklə ilk işini təqdim edəcək.
2011-ci ilin mayında yaradılan teatrın bu layihəsinin ideya müəllifləri Azərbaycan “YUG” Dövlət Teatrının quruluşcu rejissoru, Uşaq Teatr araşdırmaları laboratoriyasının qurucusu, OYUN Uşaq teatrının yaradıcısı, pedaqoq rejissor Dr. Rasim Aşın, Azərbaycan Dövlət Televiziyasının və Kəpəz Müstəqil Teleradio Şirkətinin redaktoru Zəhra Qürbət və Azərbaycan Dövlət Televiziyasının redaktoru Ləman Həsənlidir.

“Azərbaycan Gənclər Eksperimental Teatr Studiyasını yaratmaqda məqsəd kompakt janrda tamaşalar hazırlayıb müasir gənclərin düşüncələrinə təsir göstərməkdir”-deyə Teatrdan Modern.az-a bildirliib.
İki hissəli “Gümüş qəlblər” interaktiv qrotesk komediyasında oyunçular Zəhra Qürbət və Ləman Həsənli, işıq və musiqi tərtibatçısı Laçın Mehdiyeva, quruluşçu rejissor və koordinator Rasim Aşındır.

Tamaşada iki gənc qızın həyat və yaşam fəlsəfəsindən bəhs edilir. Eyni evdə yaşayıb eyni şirkətdə çalışan bu iki qızın zaman-zaman üst-üstə düşən və fərqlənən düşüncələri müasir gənc qızlara yönələn bir çağırışdır. Tamaşadakı təzadlı düşüncələr və obrazların daxili sarsıntıları komik boyalarla tamaşaçılara təqdim olunur. Tamaşa Türkiyə türkçəsində oynanılacaq.

“Gümüş qəlblər” tamaşasının ilk premyerası 18 avqust 2011-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir şəhərindəki “İzmir-Seferihisar Tiyatro Festivalı”nda oynanılacaq. Teatr truppası eyni zamanda İzmir - Dikili dəniz şəhərciyində keçiriləcək “Türkiyə 5-ci Teatrlar Buluşması”nda müsafir olacaq. 
Bundan sonra avqust ayının sonuna kimi tamaşanın Türkiyənin Manisa şəhərinin Salihli, Turgutlu, Alaşehir, Akhisar, Ahmetli ilçələrində oynanılması nəzərdə tutulub. İrəli zamanlarda isə bu tamaşanın Türkiyənin İstanbul, Ankara, Eskişehir və başqa böyük şəhərlərində və eləcə də teatr festivallarında oynanılması, həmçinin Azərbaycanın bir çox yerlərində, eləcə də Avropanın türkdilli tamaşaçıları üçün də təqdimatı nəzərdə tutulub. Gənc yaradıcı heyət “Gümüş qəlblər”lə böyük turnelərə çıxıb çox qəlbləri fəth etmək arzusundadır.

 
Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir