Modern.az

İsveçrədə məscid minarələrinin inşası qadağan olundu

İsveçrədə məscid minarələrinin inşası qadağan olundu

29 Noyabr 2009, 20:08

İsveçrədə keçirilən referendumda ölkədə minarələrin tikilməsinə qadağa qoyulub-qoyulmaması məsələsi səsverməyə çıxarılıb. Referendumun elan edilmiş rəsmi yekun nəticələrinə görə əhalinin əksəriyyəti-57 faizini minarələrin tikilməsinə qadağanın lehinə səs verib. Bu təklifin təşəbbüskarı, İsveçrənin sağ-təmayüllü Xalq Partiyası minarələrin İslamın artan qüvvəsinin rəmzi olduğunu deyir. Amnesty International və digər insan hüquqları təşkilatları və ölkə höküməti əhalini bu təkilfə səs verməməyə çağırmışdı. Referendum İsveçrənin ən populyar siyasi partiyası, sağ-təmayüllü Xalq Partiyası tərəfindən dəstəklənib. Xalq Partiyası bəyan edib ki, minarələrin tikilməsinə icazə islamlaşmaya doğru atılan addımdır.
İsveçrədə 400 min müsəlman yaşayır ki, bu da İslamı ölkənin ikinci ən böyük dini edir. Lakin buna baxmayaraq, ölkədə cəmi dörd minarəli məscid var.
BBC-nin məlumatına görə, Sürixdəki İslam Təşkilatları Federasiyasının prezidenti Həsən Taner Hatipoğlu deyib ki, bu qadağa İsveçrədə İslam əleyhinə münasibəti gücləndirə bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir