Modern.az

“Eurovision”nin rəsmiləri Bakıdan razı getdilər

“Eurovision”nin rəsmiləri Bakıdan razı getdilər

11 Avqust 2011, 13:47

 “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsinin baş prodüseri Yan Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sitse Bekkerin Azərbaycana səfəri başa çatıb. Bu barədə Modern.az saytına İctimai Televiziyanın mətbuat xidmətindən məlumat verilib.

Avropa Yayımları Birliyinin nümayəndələri Bakıda müsabiqəyə hazırlıqla bağlı növbəti danışıqlar aparıblar. Eyni zamanda “Eurovision-2012”nin keçiriləcəyi məkanla bağlı, müsabiqəyə hazırlıq üçün «B variantı” barədə müzakirə aparılıb.
“Əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, o vaxtında başa çatdırılmalıdır. Şou yeni tikiləcək bir məkanda keçiriləcəksə, onda “B variantı” ehtiyat kimi lazımdır. Əgər hansısa səbəbdən gecikmə və ya başqa bir çətinlik ortaya çıxarsa, onda ehtiyat variant kimi alternativ yer olmalıdır”-deyə Sietse Bekker bildirib. 

Yan Ola Sand və Sitse Bekkerin səfərlə bağlı müsahibəsi bu gün  saat 21.00-da İctimai Televiziyada efirə gedəcək “Eurovision xəbərləri” verilişində yayımlanacaq. Verilişdə tamaşaçıları maraqlandıran bir çox məsələlər, o cümlədən müsabiqənin keçiriləcəyi məkan, mətbuatda səslənmiş “B planı” məsələsi, biletlərin satışı və digər suallar cavablandırılacaq. 

Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsi gələn il mayın 22, 24 və 26-da keçiriləcək. Mayın 22-də birinci yarımfinal,  24-də ikinci yarımfinal baş tutacaq.  Müsabiqənin final mərhələsi isə mayın 26-da olacaq.

Bakı şəhərində “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirilməsi üzrə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi hazırlıq prosesinə nəzarət edir.

Modern.az saytının əldə etdiyi məlumata görə,  Bayılda, Dövlət Bayrağı Meydanın yanında “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirilməsi üçün yeni arena tikilir.

Heydər Əliyev Fondunun Rusiya nümayəndələiynin rəhbəri Leyla Əliyeva baş redaktoru olduğu  “Baku” jurnalının iyul sayında yazıb ki, Azərbaycanda “Eurovision-2012” Mahnı Müsabiqəsinin keçirilməsi üçün dəniz sahilində yeni konsert kompleksi tikilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi