Modern.az

Alim Qasımov dünyanın 50 ən möhtəşəm səs sahibinin sırasına düşə bilər

Alim Qasımov dünyanın 50 ən möhtəşəm səs sahibinin sırasına düşə bilər

29 Noyabr 2009, 20:18

ABŞ Milli Radiosu maraqlı bir layihənin icrasına başlayıb. Belə ki, radio gələn il dünyanın tarixə düşmüş 50 möhtəşəm səsini müəyyənləşdirmək istəyir. Artıq siyahıya 130 səsin sahibinin adı salınıb. Siyahıda Azərbaycanın görkəmli xanəndəsi Alim Qasımovun da adı var.
Alim Qasımovun mətbuat əlaqələndiricisi Səadət Möhübovanın AzadlıqRadiosuna dediyinə görə, ünlü xanəndə bu siyahıya ABŞ-a etdiyi çoxsaylı səfərlərə görə salınıb.
Həmin siyahıda Maykl Cekson, Uitni Hyüston, Elvis Presli, Lui Armstronq, Freddi Merkuri, Bob Marley, Mariya Kallas, Frenk Sinatra, Nüsrət Əli Fətəlixan kimi ünlü səs sahiblərinin adı var. Alim Qasımova səs vermək üçün www.npr.orq saytına daxil olub səs vermək lazlmdır.
Bir şəxs müsabiqədə yalnız bir səs verə bilər.
Alim Qasımivun mətbuat əlaqələndiricisi dünya azərbaycanlılarına çağırış edib: “Qoy Alim Qasımovumuza -Azərbaycanın görkəmli sənətçisinə səs versinlər!».
Xatırladaq ki, ABŞ Milli radiosu hazırda ilk yüzlüyün dəqiqləşdirilməsi üzərində çalışır. Dünyanın tarixə düşmüş 50 səsi də internet vasitəsi ilə həmin 130 səsin arasından seçiləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir