Modern.az

Tramp Ağalarovların da müdafəsinə qalxdı

Tramp Ağalarovların da müdafəsinə qalxdı

21 Aprel 2018, 14:02

ABŞ prezidenti Donald Tramp Demokratların Respublikaçılara qarşı “Rusiya ilə işbirliyi” iddiasına cavab verəcəklərini bildirib. Modern.az xəbər verir ki, bu barədə Tramp öz “Twitter” səhifəsində yazıb.

 

“Demokrat-abstruktorların qərargahının bizi məhkəməyə verdiyini  indi eşitdim. Bu, bizim üçün o yaxşı xəbər ola bilər. Bu mənada ki, demokratların Federal Təhqiqatlar Bürosuna (FBI) öz DNC serverlərini vermədikləri, Vendi Vasserman Şultsa aid serverlər haqda, Pakistandan olan sirli şəxsdəki  sənədlər və Hillari Klintona aid elektron məktublar da daxil bir neçə mövzuya cavab verə bləcəyik”-  Tramp   yazıb.

 

Respublikaçılar partiyası da buna cavab olaraq Demokratları korrupsiyada ittiham edib. Bir neçə iddia ortaya atıblar. Qeyd etmək lazımdır ki, bu iddialar hələ Donald Trampın namizədliyi dövründə ona böyük uğur gətirib. Lakin Trampın prezident seçilməsindən sonra Respublikaçılar bu işin üstünə çox getməyib və onu tamamən gündəmdən çıxarmışdılar.

 

Bu iddialar içərisində ən diqqət çəkənlərdən biri də Hillari Klintonun qərargahının sifarişi ilə “Fusion GPS” şirkətinin Trampın zərərinə qalmaqallı kompromat dosye hazırlamasıdır.

 

Bundan başqa Tramp qərargahının vaxtında yaxşı istifadə etdiyi bir neçə iddia da gündəmə gəlib. Bunlara Demokratların sındırılmış serverlərə FBI-ya giriş verməməsi, partiya rəhbərliyi tərəfindən Berni Sandersin əleyhinə Hillari Klintonun dəstəklənməsi, həmçinin mətbuatla gizli sövdələşmə məsələləri aiddir.

Yəni,  bura Klinton qərargahının əməkdaşları ilə yazışmalar və sair digər qalmaqallı iddialar daxildir.

 

Aprelin 20-də ABŞ-ın Demokratlar partiyasının Milli komitəsi 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxilə iddiası ilə içlərində azərbaycanlı oliqarx Araz Ağalarov və onun oğlu Emin Ağalarov da daxil olmaqla Rusiya hökumətini, Baş Kəşfiyyat İdarəsini (QRU), “WikiLeaks” saytının qurucusu Culian Assancı və Donald Trampın seçki qərargahını məhkəməyə verib. Burada maraqlı məqam Trampın adının bir-başa çəkilməməsidir.

 

Nyu-Yorkun Manhetten Federal dairə məhkəməsinə təqdim edilmiş iddia ərizəsində göstərilir ki, Trampın seçki qərargahının rəhbərliyi Rusiya hakimiyyəti və hərbi kəşfiyyatı ilə sövdələşməyə girərək demokratların prezidentliyə namizədi Hillari Klintona qarşı gözdənsalma kampaniyası başladıb. Habelə Demokratlar partiyasının kompüter şəbəkəsinə kibermüdaxilə həyata keçirərək seçki kampaniyasının gedişini Trampın xeyrinə dəyişdirib.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir