Modern.az

Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Elçin Əfəndiyev, İsmət Abbasov vəzifələrini itirdilər

Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Elçin Əfəndiyev, İsmət Abbasov vəzifələrini itirdilər

21 Aprel 2018, 17:44

Bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinin tərkibində dəyişiklik olub.

 

Modern.az-ın məlumatına görə, yeni hökumətdə bəzi nazirlər təmsil olunmayıb.

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov vəzifəsindən azad edilərək, onun yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala İbrahim oğlu Abutalıbov təyin edilib.

Həmçinin Elçin Əfəndiyev baş nazirin müavini vəzifəsindən azad edilib. Bununla yanaşı İsmət Abbasov baş nazirin müavini vəzifəsindən azad edilib. 

 

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  vəzifəsindən azad edilib.  Onun yerinə iqtisadiyyat nazirinin müavini  Sahil Rafiq oğlu Babayev təyin edilib.

 

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov vəzifəsindən azad edilib və onun yerinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam İmdad oğlu Kərimov təyin edilib.

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov vəzifəsindən azad edilib. Onun yerinə Milli Məclisin deputatı  Rövşən Şükür oğlu Rzayev təyin edilib. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?