Modern.az

Dünyanın ən güclü ikinci super kompüteri

Dünyanın ən güclü ikinci super kompüteri

30 Noyabr 2009, 10:57

Çinin Milli Müdafiəetmə Texnologiyası Universiteti dünyanın ən güclü ikinci super kompüterini hazırlayıb. “Milky Way One” adlı super kompüterin parametrləri çox maraqlı xüsusiyyətə malikdir.
Dünyanın ikinci ən güclü super kompüteri olduğu iddia edilən “Milky Way One” 155 ton ağırlığındadır və 1000 kvadrat metr yeri əhatə edir. Super kompüter 103 ədəd şkafa ancaq yerləşə bilir.
Onun daxilində 6144 ədəd İntel prosessor (3072 ədəd Quad-Core Xeon E5540 və 3072 ədəd Quad-Core Xeon E5450) və 5120 ədəd AMD qrafik prosessor (2560 ədəd Radeon HD 4870 X2) var.
Bu təchizata sahib olan super kompüterin bir gündə etdiyi işi, cüt nüvəli prosessorlu standart masaüstü kompyuteri 160 ilə tamamlaya bilər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı