Modern.az

Yeni təyinatlar köhnə işçiləri təlaşlandırıb - Bəzi nazirliklərdə “qocalar” ixtisara düşəcək  

Yeni təyinatlar köhnə işçiləri təlaşlandırıb - Bəzi nazirliklərdə “qocalar” ixtisara düşəcək   

24 Aprel 2018, 09:46

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 18-də keçirilən andiçmə mərasimində anons etdiyi struktur islahatları və hökumətdəki dəyişiklikləri  gerçəkləşdirdi.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında imzaladığı son iki sərəncamı ilə iqtidar komandasının bəzi üzvləri kənarda qaldı.

Baş nazir Artur Rasizadə təqaüdə göndərildi, onun yerinə Novruz Məmmədov gətirildi.

Baş nazirin müavinləri Abid Şərifov, Elçin Əfəndiyevİsmət Abbasov da vəzifələrini itirdilər.

Əvəzində Bakı şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin müavini postuna aparıldı.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vəzifəsindən uzaqlaşdırılaraq, yerinə iqtisadiyyat nazirinin müavini  Sahil Babayev təyin edilib. 

 

Kənd təsərrüfatı naziri vəzifəsindən azad edilən Heydər Əsədovun yerinə ASAN Xidmət-in sədri İnam Kərimov təyinat alıb. 

 

Milli Məclisin deputatı  Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrliyində sələfi Əli Həsənovu əvəzləyib. 
 

Yeni təyinatlar bununla bitməyib. Ceyhun Bayramov təhsil naziri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov vəzifəsindən uzaqlaşdırılan Nazim İbrahimovun yerinə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Həmçinin, Səfər Mehdiyev vəzifəsindən azad edilən Aydın Əliyevin əvəzinə Dövlət Gömrük Komitəsinin sədriliyinə gətirilib.

Yeni yaradılan Dövlət Turizm Agentliyinin sədri isə Fuad Nağıyev olub. Milli Məclisin deputatı Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə təyinat alaraq, sələfi Firudin Nəbiyevi əvəzləyib.

 

Hökumətdəki dəyişikliklər bütün diqqəti yeni rəhbər təyinatı gerçəkləşdirilən qurumlara yönəldib.

Modern.az-a daxil olan məlumata görə, artıq həmin qurumlarda köhnə rəhbərin komandasından olan, illərdir ştatda sadəcə adı keçməklə əmək haqqı alan şəxslər böyük təlaş içərisindədir. Çünki yeni təyinatların kifayət qədər gənc, bacarıqlı, bilikli, peşəkar olduqları heç kimə sirr deyil. Köhnə kadrları təlaşa salan da əslində peşəkarların tələblərinə cavab verəcək potensiala sahib olmamalırıdır. Yaxın vaxtlarda yeni rəhbərlərin köhnə komandanın bəzi üzvlərindən qurtulmağın ən optimal yolu kimi ixtisara gedəcəkləri gözlənilənir...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi