Modern.az

Azərbaycanda 2000-dən çox QİÇS-li xəstə var

Azərbaycanda 2000-dən çox QİÇS-li xəstə var

1 Dekabr 2009, 10:24

1988-ci ildən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 dekabr tarixini Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS/AİDS) ilə Beynəlxalq Mübarizə Günü elan edib. QİÇS XX əsrin sonlarında bəşəriyyət qarşısında meydana gələn ən faciəvi problemlərdən biridir. Dünyada hər gün 18 min adam QİÇS virusuna-HİV-ə yoluxur. Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil olsa da, HİV/AİDS problemi aktual məsələ olaraq qalır. Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə,

Azərbaycanda HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyekson narkotik istifadəçiləri arasında yayılıb.

Nazirliyin QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına görə, 1987-ci ildən bu günə qədər Azərbaycanda HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülüb. Onlardan 2138 nəfəri Azərbaycan vətəndaşı, 86 nəfəri isə əcnəbidir. AİDS-dən ölənlərin sayı isə 274 nəfərdir.

1992-ci ildən 2009-cu ilin dekabrın 1-ə qədər Azərbaycanda 780 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. 18 ailədə ata-ana-uşaq, bir ailədə ana-uşaq, 166 ailədə ər-arvad, 547 ailədə yalnız kişi, 48 ailədə isə yalnız qadın yoluxub.

HİV-ə yoluxmuş insanlara pulsuz qaydada Respublika QİÇS-lə Mübarizə Mərkəzində başlanılmış antiretrovirus (ARV) preparatları ilə müalicəyə 250-dən çox xəstə cəlb olunub. Onlardan 58 nəfərində müalicəyə 2009-cu ilin birinci yarısında başlanılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI