Modern.az

Sürücüləri tələyə salan QADAĞA - Bunu kim fikirləşib?..

Sürücüləri tələyə salan QADAĞA - Bunu kim fikirləşib?..

30 Aprel 2018, 13:28

Sabahdan avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan  jalüzlərdən istifadə etməyə icazə verilir.  Bu icazə mayın 1-dən noyabrın 15-nə qədər olan müddətə davam edəcək.

Bu müddət ərzində sürücülər avtomobillərinin arxa yan şüşələrində standarlara uyğun olan jalüzlərdən istifadə edə bilərlər.

Ləğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilir.

Azərbaycanda tətbiq edilən bu qanun ölkədə çoxluğun narazılığı ilə qarşılanır. Avtomobillərin arxa yan şüşələrində jalüzdən istifadənin mövsümi olmasının nə anlamı var?

Əgər bu təhlükəsizliklik baxımından düşünülürsə, nəyə görə müəyyən müddətdə icazə verilir? Məgər qışda pərdə vuranda sürücüyə təhlükə yaranır, yayda vuranda yaranmır? Pərdə və jalüzə görə, nəyə görə 150 manat cərimə müəyyən edilib?


Böyük əksəriyyət bu "qeyri-adi" tələbin ləğvinə tərəfdardır. Axı bu qadağanı kim və niyə fikirləşib? Onu bundan sonra da qüvvədə saxlamağa ehtiyac varmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidmətinin rəhbəri, polis polkovniki Kamran Əliyev deyib ki, standarların tələbinə görə yalnız mayın 1-dən noyabrın 15-ə qədər avtomobillərin arxa yan şüşələrində jalüzlələrin istifadəsinə icazə verilir.

 

“Mən qanunu müzakirə edə bilmərəm, qanunvericilikdə tələb nədirsə  bizim də vəzifəmiz qanunvericiliyin tələblərini icra etməkdir. Əgər nə vaxtsa qanunvericilikdə belə bir dəyişiklik olarsa, bu tələb aradan götürülərsə, o halda  əlbəttə biz qanunvericiliyə uyğun olaraq hərəkət edəcəyik. Sürücülərin bununla bağlı polisi günahkar görməsi düzgün deyil, biz qanunları icra edirik”.

 

Nəqliyat üzrə ekspert Ərşad Hüseynov deyib  ki, hazırda Azərbaycanda  qüvvədə olan yanaşma, standart daha çox sovet dövründən qalanı xatırladır.

 

“Dünyanın əksər ölkələrində Avropa İqtisadi Komissiyasının qəbul etdiyi beynəlxalq standart tətbiq olunur. Həmin standart bu məsələyə tamamilə başqa cür yanaşır.
 

AVS122-2004 standartı var, həmin standart Azərbaycanda tətbiq olunur. Bu standarda görə avtomobillərdə zavod istehsalı olan jalüzlərin istifadəsinə yalnız ilin bəzi fəzillərində icazə verilir. Avropa İqtisadi Komissiyasının 43 saylı qaydası var, həmin qaydada göstərilir ki, sükan arxasında əyləşən sürücünün kürəyindən arxada qalan şüşələr üçün heç bir məhdudiyyət yoxdur. Bu, ilboyu belədir. Burada pərdəyə də hansısa məhdudiyyət yoxdur, sərnişin istədiyi vaxt açar, istədiyi vaxt bağlayar.

Mən düşünürəm ki, dünyanın əksər ölkələrində qəbul edilən  bu standartı Azərbaycanda da olduğu kimi tətbiq etmək  lazımdır. Çünki sürücüdən arxada qalan şüşələrin təhlükəsizlik üçün elə bir önəmi yoxdur, bundan başqa da elə avtomobillər var ki, orada sürücüdən arxada şüşə olmur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir