Modern.az

Azərbaycanlı deputat ABŞ-da mükafat alıb

Azərbaycanlı deputat ABŞ-da mükafat alıb

17 Avqust 2011, 16:03

Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova ABŞ-ın “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının prezidenti xanım Dafna Edvards Ziman tərəfindən mükafatlandırılıb.

AAGT-ın üzvləri Elçin Abdullayev, Rövşən Muradov və Azərbaycanın BMT-də səfiri Rza Əliyevin Kaliforniyaya işgüzar səfəri çərçivəsində “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının prezidenti xanım Dafna Edvards Ziman ilə görüşüblər. Görüşün əsas məqsədi Amerikanın Azərbaycanlı Gənclər Təşkilatı və Respublika Uşaq Təşkilatı ilə “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının gələcək əməkdaşlığını müzakirə etmək olub. Nümayəndə heyəti bu yaxınlarda ABŞ Konqresi tərəfindən başladılan “Uşaq alverinə son” kampaniyasına dəstək barədə fikir mübadiləsi aparıb, “Millətləri Birləşdirən Uşaqlar” təşkilatı və Respublika Uşaq Təşkilatı arasında potensial əməkdaşlıq məsələlərini müzakirə ediblər. Xanım Dafna Edvards Ziman AAGT üzvləri tərəfindən Azərbaycana dəvət olunub.

Rövşən Muradov Gülər Əhmədovanın Azərbaycanda insan alveri ilə bağlı maarifləndirmə işinin artırılması üçün “Millətləri Birləşdirən Uşaqlar” təşkilatı ilə əməkdaşlıqda maraqlı olduğunu xanım Dafna Zimanın diqqətinə çatdırıb.

Xanım Dafna Zimanbildirib ki, “Millətləri Birləşdirən Uşaqlar” təşkilatının kampaniyasına və dünyada, o cümlədən Amerika Birləşmiş Ştatlarında uşaq alveri sahəsində maarifləndirmə işinin artırılmasına yaxından kömək etmiş AAGT kimi təşkilatın üzvləri ilə də tanış olmaqdan məmnundur. AAGT-ə və onun üzvlərinə öz minnətdarlığını bildirən xanım Dafna Ziman “Uşaq alverinə son” kampaniyasında göstədikləri dəstəyə və xidmətlərə görə gənclərə sertifikatlar təqdim edib. Dafna Ziman Rza Əliyev və Rövşən Muradova “Millətləri Birləşdirən Uşaqlar”ın xüsusi nümayəndəsi rəsmi statusunu təqdim edib və Elçin Abdullayevə hər il təşkil edilən Uşaq Alveri Konfransnın təşkilat komitəsinə üzv olmağı təklif edib. Xanım Dafna Ziman vurğulayıb ki, AAGT nümayəndələri ilə gələcəkdə də əməkdaşlıq etmək arzusundadır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi