Modern.az

“Qızıl top”un sahibi

“Qızıl top”un sahibi

1 Dekabr 2009, 11:36

Argentina yığmasının və "Barselona" klubunun futbolçusu Leonel Messi “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mükafatının qalibi olub.
Futbolçu bu nominasiyada qalib gəlməklə 2009-cu ildə Avropanın ən yaxşı futbolçusu seçilib. Bu mükafatı qazanan ilk argentinalı kimi tarixə düşən Leonel Messi 480 mümkün səsdən 473 səs qazanıb.
2-ci yerə “Real” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo, 3-cü yerə isə Messinin həmklubu Xavi sahib olub.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir