Modern.az

Hansı nazirin daha çox müavini, hansının az müavini var?

Hansı nazirin daha çox müavini, hansının az müavini var?

Reportaj

19 Avqust 2011, 15:03


Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan nazirlər, komitə sədrlərinin müxtəlif sayda müavinləri var. Modern.az saytı mərkəzi icra hakimiyyəti orqanlarına – nazirliklərə, komitələrə və onlara bərabər olan qurumlara rəhbərlik edən məmurların neçə müavinləri olduğunu araşdırıb. Bu müavinlərdən uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da. Bəs ən çox müavini olan nazir kimdir?

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun 5 müavini var. 
General-leytenant Rəfail Mirzəyev fövqəladə hallar nazirinin birinci müavinidir. Nazirin digər müavinləri tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, general-leytenantlar Ragim Lətifov və Orucəli Hacıyevdir.

Xarici işlər naziri Elmar Məmmədyarovun da 5 müavini var. Bunlar Araz Əzimov, Xələf Xələfov, Hafiz Paşayev, Mahmud Məmmədquliyev, Nazir Hüseynovdur.

Daxili işlər naziri Ramil Usubovun 4 müavini var:  polis general-leytenantı Vilayət Eyvazov,  polis general-leytenantı Oruc Zalov, polis general-leytenantı Əsgər Ələkbərov, general-leytenant Zakir Həsənov.

Ədliyyə naziri Fikrət Məmmədovun müavinləri 3 nəfərdi. Bunlar Toğrul Musayev, Vilayət Zahirov, Mədət Quliyevdir.

Maliyyə naziri Samir Şərifovun da 2 müavini var – İlqar Fətizadə, Azər Bayramov.

Vergilər Nazirliyində 4 müavin postu var. Onlardan biri nazir Fazil Məmmədovun 1-ci müavinidir 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov.
Nazirin qalan 3 müavini 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Namiq Əliyev, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərovdur.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin 2 müavini var – biri kişi, digər qadındır. Bunlar Nizayi Səfərov və Sevinc Həsənovadır.

Əmək və əhalinin sosial müdafiəsi nazir Füzuli Ələkbərovun da müavini 2 nəfərdir - İlqar Rəhimov və Natiq Məmmədov.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 3 müavin postu var ki, onlardan da biri bu il yaradılıb.
Nazir Hüseynqulu Bağırovun müavinləri Firdovsi Əliyev, Novruz Quliyev və Rauf Hacıyevdir. Sonuncu müavin 2011-ci ildə bu vəzifəyə təyin edilib.

Təhsil naziri Misir Mərdanovun 3 müavini var – 2 kişi, 1 qadın. Onlardan biri - İsgəndər İsgəndərov digər müavinlərə nisbətən bir qədər yaşlıdır (65 yaş). Digər nazir müavinləri Elmar Qasımov və İradə Hüseynovadır.

Səhiyyə naziri Oqtay Şirəliyevin də 3 mavinidən 2-si kişi, 1-i qadındır. Bunlar Abbas Vəlibəyov, Nigar Əliyeva və Elsevər Ağayevdir.

Rabitə və İnformasiya Texnologiya Nazirliyində 2 müavin postu var. Nazir Əli Abbasovun müavinlər İltimas Məmmədov, Elmir Vəlizadədir.

Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Aydın Əliyevin 4 müavini var. Gömrük xidməti general-leytenantı Səfər Mehdiyev komitəsi sədrinin 1-ci müavinidir.  Gömrük xidməti general-leytenantları Əsgər Abdullayev, Rza Həsənəliyev və Nazim Məmmədov Dövlət Gömrük Komitəsi sədrinin müavinləridir.

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevin bir 1-ci müavini, bir də müavini var. Həmid Bağırov sədrin 1-ci müavini, Rauf Səlimov sədrin müavinidir.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 2 müavini var: Rüstəm Şahbazov və Rafiq Cəlilov.

Baş prokuror Zakir Qaralovun 1-ci müavini l dərəcəli dovlət ədliyyə müşaviri Rüstəm Usubovdur. Ondan başqa Baş pokurorun 2 müavini də var: II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov, ədliyyə general-leytenantı Xanlar Vəliyev. X.Vəliyev həm də respublikanın hərbi prokurorudur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin 1 müavini var – Namiq Babayev.

Kənd Təsərrüfatı naziri İsmət Abbasovun müavanlərinin sayı 3 nəfərdir. Nazir müavinləri Aslan Aslanov, Bəhram Əliyev və İlham Quliyevdir.

Dövlət Torpaq və Xəriçəkmə Komitəsinin sədri Qərib Məmmədovun 1 müavini var. Bu, 2003-cü ilin martından həmin vəsifədə işləyən Azad Nağıyevdir.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun 2 mavini var. Bunlar Elman Mehdiyev və Zakir Babayevdir.

Adəm Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı