Modern.az

Qaraçılar Azərbaycan cəmiyyətinə inteqrasiya olunub? - MÖVQE

Qaraçılar Azərbaycan cəmiyyətinə inteqrasiya olunub? - MÖVQE

5 May 2018, 15:18

Dünyadakı köçəri xalqlardan biri də Hind-Avropa mənşəyinə mənsub olan qaraçılardır. Qaraçılar Bolqarıstan, Moldova, Rusiya, Kosovo, Makedoniya kimi ölkələrdə  daha sıx məskunlaşıblar. Azərbaycanda da bu etnik qrupa tez-tez rast gəlmək olur.

 

Qaraçılar Azərbaycanda əsasən Yevlax və Ağdaş rayonları ərazisində məskən salıblar. Əsas məşğuliyyətləri dilənçilik olan qaraçılar  demək olar ki, bu işlə heç də az gəlir əldə etmirlər. Onların əksəriyyəti Azərbaycanda qeydiyyatsız, pasportsuz yaşayır. Azərbaycanda onların  dəqiq sayı isə bilinmir. Hətta bəzilərinin uşaqları  icbari təhsilə də cəlb olunmayıblar.

 

Məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, Yevlaxdan olan deputat İlham Məmmədov Modern.az-a açıqlama verib.

İlham Məmmədov qaraçıların əksəriyyətinin təhsilə cəlb olunduğunu deyib.

 

“Onların bir çoxu Yevlaxda olan məktəblərdə təhsil alırlar. Mən Yevlax Təhsil şöbəsindən də bu məsələ ətrafında danışıqlar aparmışam. Onlar deyirlər ki, “biz qaraçıların böyük bir əksəriyyətini təhsilə cəlb etmişik”. Düzdür, içərilərində elələri də var ki, təhsildən yayınırlar. Buna da səbəb, onların özlərinə məxsus adət-ənənələrinin olmasıdır. Adət-ənənələri ilə əlaqədar təhsildən yayınma halları olarsa, aiddiyyatı orqanlardan onlara məktub göndərilir. Amma əksəriyyəti birinci sinifdən müəyyən yaş qrupuna kimi təhsil alırlar. Əvvəllər olan hallara indi az-az rast gəlinir. Hətta onların arasında yaxşı idmançılar da var. Bizim hər birimiz onlara kömək etməliyik ki, cəmiyyətə daha yaxşı inteqrasiya olunsunlar. Daha da həvəsləndirməliyik. Onda daha da yaxşı nəticələr əldə edə bilərik”.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli isə bildirib ki, Sovet İttifaqının dövründə qaraçılar məcburi olaraq Ağsuda, Ağdaşda və Yevlaxda məskunlaşdırılıb.

“Onlar uşaqlarını məktəbə də qoymurlar. Onları diləndirirlər. Onların bu vərdişi peşəyə çevrilib. Onlar həmçinin uşaqlarını erkən nigaha girməyə məcbur edirlər. Hətta vətəndaşlığı belə almırlar. Hərbi xidmətə də getmirlər. Bəzən vətəndaşlıq mükəlləfiyyətləri belə daşımırlar.  Hesab edirəm ki, buna yerində ciddi nəzarət etmək lazımdır”. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub