Modern.az

İsveç kralını və kraliçasını restorana buraxmayıblar

İsveç kralını və kraliçasını restorana buraxmayıblar

22 Avqust 2011, 16:51

İsveç kralı Qustav və kraliça Silviya xoşagəlməz vəziyytə düşüblər. Modern.az bildirir ki, kral və kraliçanı Ladenburq şəhərindəki alman restoranına buraxmayıblar. Kuryoz əhvalatın səbəblərini KİV-ə nəql edən “Qızıl ulduz” restoranının sahibəsi Nadin Şellenberq bildirib ki, həmin gün orada toy olduğundan boş yer olmayıb. 

“İstəyirsən süpürgəçi ol, istəyirsən kral - bizdə sadəcə boş yer yox idi”-deyə xanım Şellenberq alman soyuqqanlığı ilə bildirib.  Daha sonra o deyib ki, kralı sadəcə üzdən tanımayıb. “Mən onları tanımadım. Yəni, başlarında tac yox idi”-deyən restoran sahibəsinin sözlərinə görə, vaxtının azlığına görə jurnallara baxmaq imkanı yoxdur.  “Ona görə tanımamışam”.

Kral və kraliça başqa yer axtarmalı olub. Qadının əri Şellenberq isə hadisə ilə bağlı təəssüfləndyini deyib. Onlar krala üzrxahlıq məktubu yazacaqlarını bildiriblər.  “Demək istəyirik ki, onları tanımamışıq və xidmət etmək imkanında olmamışıq. Gələn dəfə restorana gəlsələr,  məmnuniyyətlə xidmət edəcəyik”-deyə Şellenberq bildirib. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı