Modern.az

KİV-ə Dövlət Dəstəyi Fondu müsabiqənin müddətini uzatdı

KİV-ə Dövlət Dəstəyi Fondu müsabiqənin müddətini uzatdı

1 Dekabr 2009, 16:30

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı elan etdiyi müsabiqənin müddəti uzadılıb. Modern.az fondun mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın  5-də elan edilən müsabiqənin vaxtı dekabrın 12-də başa çatacaq. Qeyd edək ki, müsabiqədə hər qalibə 1000 manat məbləğində pul mükafatı veriləcək. Qaliblər Fondun xüsusi diplomu ilə də təltif olunacaqlar.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər